Kərkicahan qəsəbəsinin şagirdləri təhsillərini doğma yurdlarında davam etdirəcəklər
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xankəndi, 25 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Müasir təhsil infrastrukturunun yaradılması işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin vacib istiqamətlərindən biridir. Dekabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə Xankəndi şəhəri Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbinin əsaslı təmirdən sonra açılışı bunun daha bir nümunəsidir.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 624 şagird yerlik məktəbin binasında 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana mövcuddur. Binadakı otaqların hamısı zəruri tədris vəsaiti ilə təchiz edilib.
Bundan başqa, məktəbin həyətyanı sahəsində açıq idman meydançası da yaradılıb. Məktəbdə təlim-tədrisin yüksək səviyyədə həyata keçirilməsi üçün lazımi şərait var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 25 Dekabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















