Türk dünyası daha güclü şəkildə bir birinə sıx bağlanacaq
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Azərbaycan və Türkmənistan dövlətləri müstəqillik dövrünün ikinci baharını yaşayır. Müstəqilliyin ilk illərindən iki ölkə arasında mövcud olan problemlər onları bir-birindən aralı salsa da, artıq ölkələrimiz bunun iki qardaş ölkəyə yaraşmadığı, onların münasibətlərinin digər qardaş türk dövlətlərinə də nümunə olmalı olduğu gerçəyini qəbul etdilər. Bunun nəticəsidir ki, bu gün qardaş Özbəkistan dövləti də Azərbaycan və Türkmənistanın yanında üçlü görüşdə iştirak edir".
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov Türkmənistanda 3 ölkə rəhbərliyinin sammitini şərh edərkən deyib.
O bildirib ki, üç dövlət ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı üçün ehtiyac duyulan addımları atmaqda qərarlı görünürlər:
"Azərbaycan dövlətinin başçısının Türkmənistana baş tutan bu səfəri iki qardaş ölkənin münasibətlərində yeni çağ açır. Özbəkistanın bu görüşdə iştirakı isə Türk birliyi və TDT-nın yaxında daha da böyüyəcəyini göstərir".
Azər Qasımov hesab edir ki, bu görüşdən sonra türk dünyası daha güclü şəkildə bir-birinə sıx bağlanacaq.
Süleyman
Bu mövzuda digər xəbərlər:Azərbaycanın əsas məqsədi Türk dünyası ilə əlaqələri daha sıx şəkildə inkişaf etdirməkdir AÇIQLAMA
04 İyul 2025 19:40
Amerika səfirlikləri kütləvi şəkildə bağlanacaq
16 Aprel 2025 17:04
Türk dünyası daha bir sahədə BİRLƏŞİR
28 Noyabr 2025 15:36
Bank hesabları məcburi şəkildə VÖEN ə bağlanacaq
16 Dekabr 2025 17:30
Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir
10 Dekabr 2025 09:07
Baxış sayı:92
Bu xəbər 22 Avqust 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















