Icma.az
close
up
RU
Keroni yolu Gendovun birlik simvolu

Keroni yolu Gendovun birlik simvolu

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzi yollar var ki, onlar insanı yalnız bir məkandan digərinə aparmır. Bu yollar insanı keçmişinə, kökünə, doğulduğu torpağa, ata-baba yurduna bağlayır. Lerik rayonunun Gendov kəndindəki Keroni yolu da məhz belə yollardandır.

Keroni yolu neçə-neçə nəslin dünyaya açılan ilk qapısı, doğma yurda qayıdışın isə son mənzili olub. Bu diyarda insanlar Bakıya üz tutarkən “aşağıya gedirəm” deyərdilər. Amma həmin “aşağıya” enmək üçün əvvəlcə Keroninin yoxuşunu aşmaq lazım gəlirdi. Elə buna görə də bu yol hər bir gendovlunun həyat salnaməsində silinməz iz qoyub.

İllər boyu Keroni yolu kənd sakinlərinin həm sevincinə, həm də kədərinə şahidlik edib. Bu yoldan toy karvanları keçib, övladlar elm dalınca yola düşüb, əsgərlər Vətənin keşiyinə yollanıb, doğmalar son mənzilə yola salınıb. Bu yolun daşları neçə-neçə gəncin arzusunu, ata ocağından ayrılan övladların həyəcanını, uzun ayrılıqlardan sonra kəndə dönən insanların sevincini öz yaddaşında yaşadıb.

Kənddə uzaqda yaşayan bir doğmanın qayıdacağı xəbəri yayılanda anaların, nənələrin baxışları saatlarla Keroni yoluna dikilərdi. O yoldan görünəcək bir insan, uzaqdan seçiləcək bir kölgə bəzən bütöv bir evin sevincinə çevrilərdi. Keroni yolu ümid yolu idi, həsrət yolu idi, qovuşma yolu idi…

Hər daşında bir xatirə, hər döngəsində bir ömür yaşayan bu yol Gendov sakinləri üçün heç vaxt adi yol olmayıb. O, kəndin yaddaşı, keçmişi və mənəvi sərvətidir.

Bu gün isə Keroni yolu yenidən tarix yazır.

Gendov kəndinin insanları bir daha sübut edirlər ki, böyük işlər yalnız böyük imkanlarla deyil, böyük ürəklərlə görülür. Kənd sakinlərinin öz təşəbbüsü, maddi dəstəyi və zəhməti hesabına Keroni yolu abadlaşdırılır. Kimisi maddi kömək göstərir, kimisi ağır texnikasını səfərbər edir, kimisi günlərlə zəhmət çəkir, kimisi də bir xoş sözlə, bir mənəvi dəstəklə bu birliyə güc qatır.

Bu, sadəcə yol təmiri deyil. Bu, doğma yurda sevginin, el birliyinin, kənd təəssübkeşliyinin və vətəndaş məsuliyyətinin ən gözəl təzahürlərindən biridir.

Bu gün Keroni yoluna baxanda insan yalnız hamarlanmış bir yol görmür. O yolda kənd sakinlərinin alın təri görünür. O yolda ata-babaların ruhuna ehtiram, gələcək nəsillərə qayğı və sabaha ümid görünür. Hər qarışında doğma kəndə bağlılıq, hər daşında birlik ruhu duyulur.

Çünki ən qiymətli sərvət nə asfalt, nə daş, nə də texnikadır. Ən böyük sərvət insanların bir-birinə olan inamı, bir amal ətrafında birləşmək bacarığıdır. Gendov kəndi bu inamı qoruyub saxladığını və onu əmələ çevirməyi bacardığını bir daha göstərdi.

Keroni yolunun abadlaşdırılması yalnız bu gün üçün görülən iş deyil, həm də sabaha qoyulan sərmayədir. Bu yol gələcək nəsillərə rahat gediş-gəliş bəxş etməklə yanaşı, onlara çox mühüm bir həqiqəti də xatırladacaq: doğma kəndi yaşadan yalnız onun evləri, yolları, bulaqları və torpağı deyil; onu yaşadan, hər şeydən əvvəl, bu yurda könüldən bağlı olan insanlardır.

Bəlkə də, illər keçəcək, Keroni yolu daha da abadlaşacaq, daha müasir görkəm alacaq. Amma bir həqiqət heç vaxt dəyişməyəcək: bu yolun təməlində Gendov insanının mərdliyi, zəhməti, birliyi və fədakarlığı dayanır.

Bu həmrəylik təkcə Gendov kəndi üçün deyil, bütövlükdə Lerik rayonu üçün örnək sayıla biləcək bir hadisədir. Çünki görülən işin arxasında doğma torpağa sevgi, ata-baba yurduna sədaqət və insanların bir-birinə güvəni dayanır. Birlik olan yerdə ən çətin yollar belə asanlaşır, ən böyük işlər uğurla başa çatır.

Bu gün hər bir gendovlu başını dik tuta bilər. Çünki bu insanlar gələcək nəsillərə yalnız abad bir yol deyil, həm də birlik, vəfa, həmrəylik və yurd sevgisi miras qoyurlar.

Sabah bu yoldan keçəcək uşaqlar bəlkə də bilməyəcəklər ki, onun hər qarışında neçə insanın zəhməti, neçə insanın xeyirxahlığı, neçə ürəyin doğma kənd sevgisi yaşayır. Amma kəndin yaddaşı bunu unutmayacaq. Tarix bunu unutmayacaq.

Əminliklə demək olar ki, bu xeyirxah əməl yalnız bu gün Gendovda yaşayan insanların deyil, bu torpaqda ömür sürmüş, bu yollardan keçmiş əcdadlarımızın da ruhunu şad edər. Çünki insanın doğulduğu yurda sahib çıxması, onun abadlığı üçün çalışması ən böyük mənəvi dəyərlərdən biridir.

Gendov bu gün öz tarixinin qürurverici səhifələrindən birini yazır.

Bu nəcib işdə zəhməti, əməyi, maddi və mənəvi dəstəyi olan hər kəsə dərin minnətdarlığımızı və ehtiramımızı bildiririk.

Var olsun Gendovun birlik ruhu!
Var olsun doğma yurduna sahib çıxan, onu yaşadan və abadlaşdıran fədakar insanlar!
Qoy Keroni yolu həmişə birliyin, xeyirxahlığın, vəfanın və doğma yurda sonsuz sevginin yolu kimi yaşasın!

Allah hər birinizi qorusun!

İlkin Əzizli
Gendov kənd sakini
Dil və ədəbiyyat müəllimi
Filoloq

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Avqust 2026 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri