Icma.az
close
up
RU
Ketrinq xidməti göstərirdi, indi isə… Mahir Abbaszadənin 1,8 milyonluq tender verdiyi şirkət kimindir?

Ketrinq xidməti göstərirdi, indi isə… Mahir Abbaszadənin 1,8 milyonluq tender verdiyi şirkət kimindir?

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması ilə bağlı tenderə yekun vurub.

Tribunainfo.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi “Məişət İst” şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 802 590,42 manatdır.

Bu tenderdə diqqətçəkən məqam “Məişət İst” şirkətinin faəliyyət sferası ilə bağlıdır. Əvvəlcə qeyd edək ki, şirkət 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, General Şıxlinski küçəsi, ev 1A-da yerləşən “Məişət İst” MMC-nin qanuni təmsilçisi Cəfərov Nicat İzahat oğludur. Nicat Cəfərov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

“Məişət İst” MMC-yə gəlincə, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma nəticəsində məlum olub ki, şirkət əsasən ketrinq xidməti göstərir. Nümunə olaraq şirkətlə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi arasında 2023 və 2024-cü illərdə bağlanmış satınalma müqavilələrini göstərmək olar.

Bu hələ son deyil. Məlum olur ki, şirkət vaxtaşırı profilini dəyişir. Ketrinq xidməti göstərən “Məişət İst” MMC bəzən tikinti məhsullarının satışını həyata keçirən şirkət kimi də dövlət satınalmalarına qatılır və qalib seçilir. Nümunə olaraq “N” saylı hərbi hissə ilə şirkət arasında 2023-cü ildə bağlanmış satınalma müqaviləsini göstərmək olar. Maliyyə dəyəri 46 018,75 manat olan həmin müqavilədə tikinti materiallarının satın alınması nəzərdə tutulur.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri Mahir Abbaszadədir. O, 2018-ci ildən bu vəzifədədir. Mahir Abbaszadə həm də keçmiş deputatdır. Parlamentdə 121 saylı Laçın seçki dairəsini təmsil edib.

Mahir Abbaszadə ilə “Məişət İst” MMC arasında hər hansı bağlılığın olub-olmadığı bəlli deyil. Bu müəmmanı nə şirkət, nə də Fondla aydınlaşdırmaq mümkün olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 Aprel 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri