Kibergigiyena və kibermaarifləndirmə təlimlərinə 6800 dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) 2025-ci ildə fəaliyyətini genişləndirərək 200 nəfərlik heyət və mərkəzdən məzun olan kadrlarla ölkədə kibertəhlükəsizlik sahəsində mühüm işlər həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov illik mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 50-dən çox dövlət və özəl qurumun 6800-dən çox əməkdaşı kibergigiyena və kibermaarifləndirmə təlimlərinə cəlb olunub.
“Eyni zamanda, “WorldSkills Şanxay 2026” yarışının seçmə mərhələsi tamamlanıb və 2026-cı ildən AKM-də hazırlıq proqramları başlayacaq. Bundan əlavə, 6 regiondan 280 şagird və 2 ali təhsil müəssisəsindən 100 tələbə kibermaarifləndirmə proqramlarına qatılıb. “Beyin Mərkəzi” layihəsi çərçivəsində AKM tərəfindən 4 universitetdə 7 fənnin tədrisinə başlanılıb. Bu tədbirlər Azərbaycan gənclərinin kibertəhlükəsizlik sahəsində peşəkarlıq səviyyəsinin yüksəldilməsi və ölkənin rəqəmsal təhlükəsizlik potensialının gücləndirilməsinə xidmət edir”, - deyə İRİA sədri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 02 Fevral 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















