Icma.az
close
up
RU
Kiçik bizneslərin dəyişən üzü

Kiçik bizneslərin dəyişən üzü

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı ilin əvvəlində qüvvəyə minən vergi dəyişiklikləri artıq ilkin statistik hesabat mərhələsini keçib. Yanvar ayında sahibkarların çoxu vəziyyəti müşahidə edir, “bazar özünü necə aparacaq?” sualına cavab axtarırdı. İndi isə həmin dəyişikliklər gündəlik biznes qərarlarının mərkəzinə çevrilib.

Vergi artıq sadəcə mühasibatlıq mövzusu deyil, bu, bazarın davranışını, sahibkarın düşüncə tərzini və bizneslərin gələcək planlarını dəyişən iqtisadi faktor kimi hiss olunur. Ən vacib məqam isə budur ki, dəyişiklik təkcə rəqəmlərdə baş vermir. Əsl dəyişiklik bazarda yaranan yeni psixologiyadır.

Ən çox diqqəti çəkən dəyişiklik gəlir vergisi ilə bağlıdır. Yeni dəyişikliklərlə əməkhaqqı üzrə vergi yükü artıb. Hazırda 2500 manatadək maaşa 3 faiz, 2500–8000 manat arası gəlirə 10 faiz, daha yüksək gəlirlərə isə 14 faiz vergi tətbiq olunur.

2027-ci ildən bu vergi yükü bir qədər də dəyişəcək. 2019-cu ildən bu yana, uzun illər əməkhaqqı güzəştlərinə uyğunlaşmış biznes modeli artıq əvvəlki kimi işləmir. Şirkətlər maaş fondunu yenidən hesablayır, xərcləri optimallaşdırmağa çalışır, bəzi hallarda isə genişlənmə planlarını dondurur. Əgər əvvəllər sahibkar “necə böyümək olar?” sualını verirdisə, indi daha çox “mövcud sistemi necə qorumaq olar?” düşüncəsi ön plana çıxır.

Kağız üzərində baxanda 3–10–14 faiz modeli texniki dəyişiklik kimi görünə bilər. Amma bazarda məsələ tamam fərqli yaşanır. İşçi əvvəl aldığı xalis maaşın azalmasını qəbul etmək istəmir. Sahibkar isə peşəkar əməkdaşını itirməmək üçün əlavə yükü öz üzərinə götürməyə çalışır. Beləliklə, vergi artımı tədricən maaş artımına, maaş artımı isə ümumi biznes xərclərinin böyüməsinə çevrilir. Məsələn, əvvəllər bir şirkət əməkdaşa 1200 manat xalis maaş ödəyirdisə, yeni qaydalardan sonra həmin əməkdaşın eyni məbləği alması üçün şirkətin ümumi xərcinin yüzlərlə manat artması mümkündür. Kağız üzərində bu fərq kiçik görünə bilər, amma 20–30 nəfərlik kollektivdə aylıq yük artıq minlərlə manat təşkil edir.

Bu səbəbdən son aylarda bazarda ən çox dəyişən mövzulardan biri insan resurslarının idarə edilməsidir. Xüsusilə xidmət sektorunda vəziyyət daha həssas hiss olunur. Restoranlar, gözəllik salonları, logistika şirkətləri, mağazalar, kuryer xidmətləri və kiçik ailə biznesləri üçün əməkhaqqı əsas xərc maddəsidir. İndi həmin sahələrdə sahibkarlar əvvəlkindən daha sərt hesablama aparırlar. Məsələn, əvvəllər 15 nəfərlə işləyən restoran indi eyni işi 11–12 nəfərlə görməyə çalışır, mağazalar əlavə kassir əvəzinə özünəxidmət sistemlərinə maraq göstərir, logistika şirkətləri marşrut optimallaşdırmasına yatırım edir, kiçik salonlar isə növbəli iş rejiminə keçir.

Bazarda artıq yeni tendensiyalar açıq görünür. Belə ki, vakansiyalar daha ehtiyatla açılır, əlavə işçi qəbulu yavaşıyır, əmək bazarında seçicilik artır, avtomatlaşdırmaya maraq güclənir, xidmət və məhsul qiymətlərində artım müşahidə olunur. Əslində, burada maraqlı bir iqtisadi paradoks yaranır. Dövlət daha çox vergi toplamaq istəyir, amma biznes həmin yükü kompensasiya etmək üçün ya qiyməti artırır, ya işçi sayını azaldır, ya da investisiyanı təxirə salır. Bunun nəticəsində bazarda həm istehlakçı davranışı, həm də şirkətlərin inkişaf tempi dəyişir. Son aylarda müşahidə olunan digər mühüm dəyişiklik isə “keyfiyyət filtri”nin yaranmasıdır. Uzun illər bazarda elə şirkətlər fəaliyyət göstərirdi ki, real maliyyə hesabatı aparmadan, xərcləri tam hesablamadan böyüyürdülər. Bəzi bizneslər yalnız satış axınına güvənərək fəaliyyət göstərirdi. Amma yeni mərhələdə bu model daha riskli görünür. Çünki artıq sadəcə satış etmək kifayət etmir.

Şirkət maliyyə planlamasını düzgün qurmalı, xərclərini dəqiq analiz etməli, rəqəmsal uçot sistemindən istifadə etməli, əmək resursunu effektiv idarə etməli, vergi risklərini öncədən hesablamağı bacarmalıdır. Deyək ki, əvvəllər gündəlik dövriyyə ilə işləyən kiçik restoran sahibkarı ay sonunda yalnız kassadakı pula baxırdısa, indi o, əməkhaqqı yükünü, vergi öhdəliklərini, sosial ayırmaları və əməliyyat xərclərini ayrıca planlaşdırmağa məcburdur. Bu isə bazarda daha peşəkar idarəetmə modelinə keçidi sürətləndirir.

Ən həssas məsələlərdən biri isə kölgə iqtisadiyyatı riskidir. İlk aylarda qeyri-rəsmi maaş ödənişlərinin yenidən müzakirəyə çıxması təsadüfi deyil. Çünki biznesin ilk reaksiyası həmişə xərci azaltmaq olur. Amma burada əvvəlki illərlə müqayisədə ciddi fərq var. Dövlətin elektron nəzarət imkanları əhəmiyyətli dərəcədə güclənib. Bu gün bank əməliyyatları, onlayn kassa aparatları, elektron müqavilələr, rəqəmsal vergi hesabatları, POS-terminal məlumatları qeyri-rəsmi fəaliyyət imkanlarını əvvəlki qədər rahat etmir. Başqa sözlə, bazarda ikili təzyiq formalaşır. Bir tərəfdən sahibkar xərci azaltmağa çalışır, digər tərəfdən sistem onu daha şəffaf işləməyə məcbur edir. Dövlətin əsas məqsədi də aydındır. Bunlar təbii olaraq qeyri-neft sektorundan daxilolmaları artırmaq, sosial fondların maliyyəsini gücləndirmək və iqtisadiyyatda şəffaflığı artırmaqdır.

Amma burada əsas sual yaranır. Biznes bu keçidi nə qədər ağrısız keçirə biləcək? Çünki vergi siyasətinin uğuru yalnız büdcəyə daxil olan vəsaitlə ölçülmür.

Əsas göstərici biznes aktivliyinin necə dəyişməsidir. Əgər kiçik biznes zəifləyərsə, yeni iş yerləri azalarsa, sahibkar investisiya riskindən çəkinərsə, qeyri-rəsmi məşğulluq yenidən artarsa o zaman uzunmüddətli iqtisadi təsirlər daha ciddi ola bilər. Məsələn, artıq bəzi sahibkarlar yeni filial açmaq qərarını təxirə salır. Çünki əvvəl hesablanan biznes modeli yeni vergi yükü ilə dəyişir. Digərləri isə əmək tutumlu sahələrdən daha çox texnologiya yönümlü fəaliyyətlərə keçməyi düşünür. Bu proses xüsusilə kiçik və orta biznes üçün dönüş nöqtəsinə çevrilə bilər. Çünki böyük şirkətlər əlavə yükü müəyyən qədər absorbsiya edə bilir. Amma kiçik sahibkar üçün hər əlavə faiz birbaşa mənfəətdən çıxır. Bu isə bazarda “güclülərin qalması” prosesini sürətləndirə bilər.

İlk ayların mənzərəsi göstərir ki, bazar artıq yeni reallığa uyğunlaşmağa başlayıb. Lakin bu uyğunlaşma sakit və ağrısız baş vermir. Sahibkar indi sadəcə məhsul və xidmət satmır. O, eyni zamanda artan vergi yükü, əməkhaqqı gözləntiləri, işçi çatışmazlığı,maliyyə sabitliyi, rəqabət təzyiqi arasında balans qurmağa çalışır. Məhz buna görə 2026-cı ilin vergi dəyişiklikləri adi hüquqi yenilikdən daha böyük hadisəyə çevrilib. Bu dəyişikliklər sadəcə vergi sistemini yox, biznesin düşüncə modelini dəyişir. Azərbaycanda yeni iqtisadi mərhələnin əsas xüsusiyyəti də məhz budur: artıq bazarda yalnız satış bacaran yox, hesablamanı düzgün aparan, şəffaf işləyən və maliyyə intizamını qoruyan şirkətlər daha dayanıqlı görünür.

Çinarə Ağayeva
Biznes məsləhətçi

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 May 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri