Icma.az
close
up
RU
Kiçik yaşda böyük məsuliyyət: Azyaşlı gimnastlarla işləməyin incəlikləri REPORTAJ

Kiçik yaşda böyük məsuliyyət: Azyaşlı gimnastlarla işləməyin incəlikləri REPORTAJ

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 31 oktyabr, AZƏRTAC

Milli Gimnastika Arenasında bu günlərdə azyaşlı bədii gimnastların iştirak etdiyi “Ocaq Cup” beynəlxalq turniri keçirilir. Bu uşaqlar üçün əsas məqsəd medal yox, səhnə təcrübəsi və idmana sevgi qazanmaqdır.

AZƏRTAC-ın əməkdaşı yarış məkanına gedərək azyaşlı gimnastların hazırlıq prosesini, onların yarış zamanı həyəcanını, zalda hökm sürən ab-havanı və məşqçi ilə idmançılar arasında münasibəti müşahidə edib.

Zalda hər şey ahəng içindədir. Bir tərəfdə isinmə hərəkətləri edən uşaqlar, o biri yanda onları diqqətlə izləyən məşqçilər, arxa planda isə səhnəyə çıxmazdan əvvəl hiss olunan yüngül gərginlik.

Bu gərginlik qorxu deyil, səhnəyə çıxmaq həyəcanıdır. Əslində uşaqlar üçün bu yarış oyuna bənzəyir. Onlar lent və halqalarla sadəcə bacarıqlarını deyil, hisslərini də ifadə edirlər.

Valideynlər də bu prosesin ayrılmaz hissəsidir. Tribunada bəziləri uşaqlara həyəcanla baxır, digərləri sakit şəkildə onların çıxışını müşahidə edirlər. Onlar üçün bu, övladlarının öz gücünə inanmağa başladığı an deməkdir.

Məşqçi Lalə Quliyeva deyir ki, yaşlarda uşaqlar məsuliyyəti tam dərk etmir, daha çox oyun oynamaq istəyirlər: “Məşqlər onlara əyləncə kimi gəlir. Maraqlı tərəfi də odur ki, uşaqlar bunu əyləncə kimi qəbul etdiyi üçün onlarla işləmək daha rahatdır. Məşqi oyun prossesinə çevirmək biz məşqçilərə də zövq verir. Burada çıxış edən ən azyaşlı gimnast 2019-cu il təvəllüdlüdür. Təbii ki, onun üçün belə böyük arenada çıxış etmək çətindir. Bizim üçün ən əsası, idmançıların alətlərlə çıxış etmə bacarığını yoxlamaqdır. Məşqçi hər zaman uşaqlara motivasiya verə bilməlidir. Uşaqlardan bəziləri çox enerjilidir, bəziləri isə sakit. Kimisində özünəinam az olur, kimisi səhnəyə çıxmaq üçün səbirsizlənir. Məşqçi bunların hamısını hiss etməli, hər uşağa uyğun yanaşma tapmalıdır”.

Məşqçi ilə söhbətdən sonra zalda çıxışını tamamlamış balaca gimnastları görürük. Bu kiçik bədənlərdə böyük cəsarət var. Çünki onlar 300-dən çox idmançının arasında fərqlənməyə çalışırlar. Hər birinin baxışında həm həyəcan, həm də inam var.

Onlardan 11 yaşlı Fatimə Tarverdiyeva məşqçiləri və ailəsinin motivasiyası sayəsində gözəl performans göstərə bildiyini deyir: “Bəzən çox yoruluram, amma məşqçilərim deyir ki, çalışsam, hər şeyi bacararam. Onlar mənə inanır, bu da mənə güc verir. Hər dəfə məşqdən sonra özümü bir az daha yaxşı hiss edirəm. Evdə də ailəm mənə çox dəstək olur. Deyirlər ki, əsas olan qalib gəlmək yox, sevdiyin işi ürəklə görməkdir”.

Fatimə gülümsəyərək əlavə edir: “Əvvəllər yarışdan əvvəl çox həyəcanlanırdım, indi isə bilirəm ki, bu, normaldır. Hər dəfə musiqi başlayanda düşünürəm ki, həyəcanı unudub sadəcə bacarığımı göstərməliyəm”.

“Ocaq Sport” klubunun İdarə Heyətinin sədri Vəfa Bəkərovanın sözlərinə görə, azyaşlı uşaqlar üçün bu mərhələdə nəticədən çox, prosesin özü önəmlidir: “Bu yaşda uşaqlar daha saf və həssas olurlar. Bu baxımdan onlarla işləmək çox çətindir. Bəzən məşqçinin verdiyi təlimatları tam anlamırlar. Azyaşlı idmançılarla məşqlər oyun formasında qurulur. Bu, həm intizam yaradır, həm də uşaqlar üçün əyləncəli olur. Uşağın qorxusu, həyəcanı normaldır. Əsas odur ki, o, səhnədən qorxmasın. Bizim əsas məqsədimiz uşaqlara idman sevgisini aşılamaqdır. Bu yaşda nəticə çox da önəm kəsb etmir. Əgər onlarda idmana sevgi yaransa, gələcəkdə istənilən yarışda uğur qazana bilərlər. Bir sözlə, uşaq özünü xoşbəxt hiss edirsə, nəticə də olacaq”.

Respublika Olimpiya İdman Liseyinin psixoloqu Fatimə Cəfərli isə hesab edir ki, peşəkar idman güclü xarakter tələb edir və bu xarakterin formalaşması erkən yaşlardan başlayır: “Adətən kiçik yaşlarda uşaqları idmana yönəltmək onların gələcəkdə şəxsiyyət olaraq güclü formalaşmasına səbəb olur. Həm fiziki, həm psixoloji, həm də sosial baxımdan bunun böyük faydasını illərdir görməkdəyik. Çox zaman kiçik yaşlı uşaqların həmyaşıdları ilə oyunlar zamanı məğlubiyyətin və ya qələbənin nə olduğunu düzgün anlamadıqlarını müşahidə edirik. Lakin idmana başlayan hər bir uşaq qələbə və məğlubiyyətlərlə düzgün davranmağı öyrənir. Sözsüz ki, bunları bacaran uşaqlar emosiyalarını da düzgün idarə etməyi bilirlər və səbirli şəkildə hər bir çətinliyin öhdəsindən gəlirlər. İdman eyni zamanda uşaqlarda məsuliyyət hissini və məqsədyönlülüyü artırır. Sosial baxımdan isə komanda və qrup şəklində işləməyi, qaydalara əməl etmə bacarığını inkişaf etdirir. Qələbə və məğlubiyyət olan yerdə rəqabət də yaranır, lakin məşqçilər və idman psixoloqları tərəfindən aparılan produktiv söhbətlərin köməyi ilə rəqabət və dostluq arasında balans qurulur. Bu baxımdan uşağın marağını və istəyini nəzərə alaraq, heç bir psixoloji basqı yaratmadan, onları düzgün şəkildə idmana yönəltmək vacibdir. Həddindən artıq məşq fiziki və psixoloji yorğunluq yarada bilər və bu, sözsüz ki, müsbət təsir göstərməz. Çox zaman uşaqlar təhsildən uzaqlaşıb yalnız idmana davam edirlər, lakin bu, doğru deyil. Mütləq şəkildə təhsil və idman arasında balans yaradılmalıdır. Bu haqda valideynlər, məşqçilər və idman psixoloqları uşaqlarla daim danışmalıdırlar”.

İdman psixoloqunun sözlərinə görə, məşqçilər uşağın yaşına və psixoloji səviyyəsinə uyğun ünsiyyət qurmalı, onun həyat tərzinə uyğun davranmalıdırlar: “Ucadan qışqırmaq, cəzalandırmaq və təhqir etmək əvəzinə izah yolu seçilməlidir. Kiçik yaşlarda yeni idmana başlayan uşaqlarda utancaqlıq, qorxu və həyəcan hissi daha dərin olur. Buna görə də məşqçilər uşağın qorxularını, utancaqlığını və həyəcanını başa düşməlidirlər. Onlara zəhmətin və inkişafın hansı uğurlara gətirib çıxara biləcəyini izah etməlidirlər. Elə uşaqlar var ki, pozitiv motivasiyadan ruhlanır, elələri də var ki, neqativ motivasiyadan uğur qazanır. Bunu yalnız məşqçilər və onlarla daim çalışan idman psixoloqları hiss edə bilirlər. Kiçik nailiyyətləri belə fərqləndirib tərifləmək lazımdır. Çünki hər kiçik uğur böyük nailiyyətə aparır. Uşağa “sən bacararsan”, “qələbə sənin əlindədir” hissini aşılamaq ən böyük uğurdur”.

F. Cəfərli qeyd edir ki, kiçik yaşda əsas məqsəd “çempion yetişdirmək” deyil, idmanı sevdirmək olmalıdır: “Mən idman psixoloqu olaraq illərdir müşahidə edirəm ki, yarışlar və məşqlər zamanı uşaqlar tez həyəcanlanır və səhv etməkdən qorxurlar. Bu hallar üzərində hər uşağa uyğun şəkildə korreksiya işi aparıram. Nəfəs, rahatlama və diqqət toplama texnikalarından ibarət çalışmalarımız olur. Bu, həm performansı artırır, həm də idmandan zövq almağa kömək edir, həyəcan və qorxunun azalmasına gətirib çıxarır. Unutmayaq ki, psixoloji mühit xoşdursa, uşaq idmanı sevərək davam etdirir. Mən psixoloq olaraq uşağın idmanla bağlı müsbət emosional təcrübə qazanmasına kömək edirəm. İdman psixoloqu uşağın bədənini deyil, ruhunu və düşüncəsini möhkəmləndirir və sağlam ruhlu idmançı yetişdirir”.

Uşaqlar bu yaşda artıq səhnəyə çıxmaq, məsuliyyət daşımaq, bir işi sonadək yerinə yetirmək kimi bacarıqlar qazanırlar. Məhz bu təcrübə onları gələcəkdə yalnız idmanda deyil, həyatda da möhkəmləndirir. Beləcə, azyaşlı gimnastların zalda keçirdiyi hər məşq, hər sınaq və həyəcan onların böyüməyinə, özlərinə inanmağına şərait yaradır. Medal bəlkə sabah unudular, amma bu yaşda öyrəndikləri təcrübələr illər boyu qalacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see156

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see137

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri