Kim Çeni gözləyən təhlükə: Atası və babası kimi...
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şimali Koreya lideri Kim Çen İn patoloji piylənmədən əziyyət çəkir. Onun çəkisi 140 kq-dan çoxdur.
Axar.az xəbər verir ki, bu barədə AFP Cənubi Koreya kəşfiyyatına istinadla məlumat yayıb.
Məlumata görə, Şimali Koreya lideri ürək-damar xəstəliyi baxımından yüksək risk altındadır:
“O, uzun müddətdir ki, piylənmədən əziyyət çəkir və çox siqaret çəkir. Atası Kim Çen İr və babası Kim İr Sen də piylənmədən əziyyət çəkib və çox siqaret çəkiblər. Hər ikisi ürəktutmasından vəfat edib”.
2019-cu ildə Şimali Koreya ilə ABŞ arasında keçirilən sammit zamanı Kim Çen İnin şəxsi aşpazları ilə birlikdə işləmiş Hanoydakı "Metropol" otelinin keçmiş baş aşpazı Pol Smart da bildirib ki, Şimali Koreya lideri kürü, omar (iri dəniz xərçəngi), fuа-qra (yağlı qaraciyər) və nadir ət növləri kimi bahalı və yüksək kalorili qidaları xoşlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 01 Oktyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















