Icma.az
close
up
RU
Kim rejiminin bu günədək çökməməsinin əsas səbəbləri nədir?.. Analitik

Kim rejiminin bu günədək çökməməsinin əsas səbəbləri nədir?.. Analitik

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Əlbəttə, burada yenə də Rusiyanın və bugünkü Çin rejiminin rolu var...”

“Çin başa düşür ki, Şimali Koreyanı Cənubla birləşməkdən qorumağın yeganə yolu oradakı totalitar rejimi qoruyub saxlamaqdır...”

Suriya xalqını totalitar irsi diktatura rejimində, amansız sosial əzab-əziyyət, zülm, həbslər, repressiyalar içərisində saxlayan 61 illik “BƏƏS”, 53 illik Əsəd rejimi nəhayət, çökdü. Və bundan sonra suriyalıların azad, demokratik, insan haqlarının qorunduğu, hüquqi, ədalətli bir dövlət qurmaq şansları böyükdür... 

Fəqət, təəssüf ki, Yer üzündə hələ də bir sıra diktatura, avtoritar, totalitar rejimlər Rusiya və Çin kimi iri totalitar dövlətlərin real dəstəyi, eləcə də Qərbin, Avropanın, ABŞ-nin bəzən səbatsız, ləng,  məntiqsiz, bəzən də öz maraqlarına uyğun çoxüzlü, riyakar siyasətləri nəticəsində mövcudluqlarını davam etdirirlər... 

Hazırda dünyadakı ən amansız totalitar, diktatura rejimlərindən biri də  “Xalq Demokratik Respublikası” adlanan Şimali Koreyadakı Kim Çen In rejimidir. Bəs  Şimali Koreyada eyni millətin Cənubda qurduğu sistemin tam əksinə olan belə totalitar qəddar bir rejim necə, hansı mexanizmlə, hansı mərhələlərlə quruldu, formalaşdı?  Burada yalnız SSRİ və Çinin rolu oldumu? Şimali Koreya rejiminin bu günədək çökməməsinin əsas səbəbləri nədir və ya səbəbkarları kimlərdir? Kim rejimi nə vaxt, hansı hallarda çökə bilər?  Və yaxud Kim rejimini kim yıxa bilər?..

Bu və ya digər suallara cavab tapmaq üçün Moderator.az oxucuları üçün siyasi təhlükəsizlik məsələləri üzrə analitik Ərəstun Oruclu ilə silsilə söhbətlərimizi təqdim edirik:

(Əvvəli burada:)

Sual: 

-Şimali Koreya rejiminin bu günədək çökməməsinin əsas səbəbləri nədir və ya səbəbkarları kimlərdir?

Cavab:

-Kim rejiminin bu günədək çökməməsinin başlıca səbəblərini iki qrupa bölmək olar. Bunun biri Koreya yarımadasındakı geo-siyasi durumla bağlı olanlardır. Yəni yarımadada bir düşmən amili var.  Və Şimali Koreyada fikir müxtəlifliyi, hansısa siyasi fəaliyyət azadlığı, ümumiyyətlə, insan hüquq və azadlıqları olmadığından burada təbliğat xalqa birmənalı şəkildə ölkənin düşmənlə üzbəüz qaldığını, onun üçün daimi təhlükə olduğunu, ölkə məğlub olarsa, onu faciələr gözlədiyini aşılayır, eyni zamanda rejim qorxu, repressiya tətbiq edərək insanları təhdid altında saxlayır. Dediyim kimi, xarici amili daxili möhkəmləndirmək üçün istifadə edirlər. Əlbəttə, burada yenə də Rusiyanın və bugünkü Çin rejiminin rolu var... 

Əslində Çinin özündəki rejim heç də Koreyadakından yumşaq rejim deyil. Sadəcə, Çin Kim rejimindən onunla fərqlənir ki, o, xaricə açıqdır. Bu da iqtisadi səbəblərdən irəli gəlir. Çin deyək ki, Şimali Koreya qədər əhali sayına malik deyil. Çinin əhalisi 1 milyard 200 milyondan yuxarıdır. Əgər Çin qapanacaqsa, o, daxilində çox böyük faciələr yaşamış olacaq. Və yeri gəlmişkən, elə Çin rejimi özü də Mao Tszedun dövründə, 1966-1976-cı illərdəki “Mədəni İnqilab” dövründə həmin mərhələləri keçibdir. Məhz Çində də çox amansız repressiyalar, çox qəddar kütləvi qətllər icra edilibdir, siyasi opponentlərin kütləvi şəkildə edamı olubdur. Və dediyim kimi, bunun pik nöqtəsi də bəzi mənbələrə görə, 1 milyona yaxın insanın öldürüldüyü həmin o “Mədəni İnqilab” olubdur. Odur ki, Şimali Koreyadakı quruluş Çin üçün tanış modeldir və rəsmi Pekin oradakı rejimə dəstək verir. Çin başa düşür ki, Şimali Koreyanı Cənubla birləşməkdən qorumağın yeganə yolu oradakı totalitar rejimi qoruyub saxlamaqdır. Və Kim rejimi özü də bunda maraqlıdır. Beləliklə, maraqların üst-üstə düşməsi və Şimali Koreyanın Çindən iqtisadi asılılığı və nəticədə güclərin səfərbər olunmasıyla Kim rejiminn bu günədək ayaqda qalması təmin olunur...

(Davamı var)

Tədqim etdi: 

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Dekabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri