Icma.az
close
up
RU
“Kimsə ağacın quru budağını kəsəndə ya cərimələyirlər, ya da rüşvət alırlar” EKOLOQ QURUMLARI TƏNQİD ETDİ VİDEO

“Kimsə ağacın quru budağını kəsəndə ya cərimələyirlər, ya da rüşvət alırlar” EKOLOQ QURUMLARI TƏNQİD ETDİ VİDEO

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mayın 14-də Bakının mərkəzi küçələrindən birində - 28 Mayda ağac aşaraq 2 maşına zərər vurub. Həm də hər iki maşının ortasına aşıb. Bununla bağlı sosial şəbəkədə həftənin bazarertəsi sosial şəbəkədə bir vətəndaş “Xilaskar” kilsəsinin qarşısındakı, yəni 28 May küçəsindəki həmin ağacın aşma təhlükəsinin olması ilə bağlı video çəkib yayımlayıb. Buna baxmayaraq 2 gün ərzində aidiyyəti qurumların nümayəndələri öz ərazilərində baş verə biləcək hadisələrin qarşısını almağa cəhd belə göstərməyiblər. Nəticədə, yenə zərər çəkən tərəf vətəndaş oldu. Küçədə uzunmüddətli sıxlıq yarandı, siqnal səslərindən qulaq tutuldu, bir neçə saat da olsa, ərazidəki səs çirklənməsi artdı.

Məsələ ilə bağlı həm ekoloqdan, həm də memardan açıqlama aldıq. Maraqlıdır, şəhərdəki ekoloji vəziyyətdə qurumlar niyə nəzarət edə bilmir? Belə olan halda, vətəndaş, eləcə də onun şikayətinin yayılmasını, qurumlara çatmasını təmin edən mətbuat kimə şikayət etməlidir? Çünki əksər hallarda medianın sorğusuna da aidiyyəti qurumlar “yolaverdi” yanaşır. Açıqlama xətrinə, “xala xətrin qalmasın” şablon açıqlamalarla mövzudan, işdən yayınmağa çalışırlar.

Mövzu ilə əlaqədar Avtosfer.az-a açıqlamasında memar Cahid Həsənov deyib ki, bunun qarşısının alınması üçün cavabdeh, nəzarət edən qurum tərəfindən monitorinqlərin aparılmasının vaxtı çoxdan çatıb:

“Kökü dərində olmayan və yaxud ağırlığına tab gətirə bilməyən ağaclar ərazilər üzrə qeydiyyata alınmalıdır. Bunun üçün elə də çox vaxt lazım deyil. Monitorinq nəticəsində təyin olunmuş bu kimi ağaclarla əlaqəli tədbirlər görülməlidir.

Azərbaycanın hər hansı yerində bir nəfər ağacın budağını belə kəsmək istədikdə, əlaqədar ekologiya qurumunun əməkdəşları həmin yerdə olurlar, cərimə də edirlər. Bu çox gözəldir. Lakin belə çevik bir qurum niyə illərlə hətta Bakı şəhərində, hətta mərkəzi ərazilərdə aşmağa məruz qalan ağaclarla əlaqəli bir tədbir görmür?

Söhbət təkcə əyilmiş, aşma ərəfəsində olan ağaclardan getmir. Hətta işıq xətlərinə dirənən və ya lap binaların, xüsusilə də tarixi binaların ümumi görünüşünü örtən ağaclarla da əlaqəli ayrıca monitorinq keçirilməlidir”.

Ekoloq Qorxmaz İbrahimlinin fikrincə, Bakı küləklər şəhəri olduğuna görə buradakı adi külək müəyyən yaşdan sonra ağacların yıxılmasına gətirib çıxarır:

“Əvvəllər bu məsələlərə görə cavabdehliyi “JEK”lər daşıyırdı. İndi həmin mənzil-istismar idarələri qanunla ləğv edilib. Onlar müəyyən ərazilərdə vətəndaşlardan pul yığaraq fəaliyyətlərini davam etdirirlər. Bu işlərə nəzarət Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, icra hakimiyyətləri, bölgələrin müvafiq bələdiyyələrin üzərinə düşür. Əslində aidiyyəti qurumlar öz üzərlərinə düşən məsuliyyəti başa düşsələr, bu hadisələr heç vaxt baş verməz. Bu birinci vacib məsələdir, iş bölgüsü düzgün aparılmır”.

Ekoloq qeyd edib ki, bu məqamda media, ekoloq və QHT-lərin vəzifəsi həmin qurumlara yol göstərməkdir:

“İcra etmək isə yenə həmin qurumların üzərinə düşür. Təkcə cərimələməklə bu işlər həll edilə bilməz. Əvvəlcə bu məsələdə məmur mədəniyyətinin yaradılması mütləqdir. Bu istiqamətdə medianın və ekoloqların, eləcə də QHT-lərin toxunduğu məsələlərə qurumlar tərəfindən reaksiya verilməlidir. Hər bir medianın bölgələr üzrə bir müxbiri olur, qurum əməkdaşlarının da öz əraziləri olmalıdır. Amma yoxdur. İndiki halda bu mövzuda Milli Məclisdə müzakirələr aparmalı, qanun layihəsi qəbul etməlidir, bu hal qəbuledilməzdir. Vətəndaş hətta bir ağacın quru budağını da kəsəndə qurumdan gəlib hədələyirlər, cərimələyirlər, hətta rüşvət və başqa yollara da əl atma halları da olur”.

Mütəxəssislərin fikri bir tərəfə, bir də medianın bu istiqamətdə fikirləri hər zaman olub. Sosial və ekoloji istiqamətdə mətbuatın yazdığı başlıq və xəbərləri diqqətlə oxusaq görərik ki, hər bir media “ötür-ötür”lə məşğul olan, “ediləcək, yığışdırılacaq, iş görüləcək” tipli açıqlamalar verən qurumların əlindən təngə gəlib. Elə ekspertlər üçün də bu yanaşma keçərlidir. Nə zaman ki, bir mütəxəssisdən nə iləsə bağlı şikayəti olub-olmadığını soruşsaq, “mən quruma yönləndirdim, şikayəti göndərin, baxarıq”, deyə cavab veriblər. Bu tendensiyanın qırılmasına isə yəqin ki, hələ çox var.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 May 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see197

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see168

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see148

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri