Icma.az
close
up
RU
Kino ulduzu Atlılar filmində çəkiləcək

Kino ulduzu Atlılar filmində çəkiləcək

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Bred Pitt
Amerikalı kino ulduzu, aktyor Bred Pitt yeni perspektivli bir layihəyə qatılacaq. Təfərrüatlar barədə bir neçə KİV, o cümlədən "İnstaqram" hesabında "Deadline" nəşri məlumat yayıb.
Reyting.az
xəbər verir ki, "Deadline"-nin Hollivud mənbələrinə görə, rəqabətli döyüşdən sonra "A24" studiyası "Oskar" mükafatçısı Bred Pittin, həmçinin "Oskar" mükafatına namizəd olan Edvard Bergerin rol alacağı "The Riders" filminin hüquqlarını əldə edib.
Bildirilir ki, amerikalı kinorejissor Deyv Kajqaniç avstraliyalı yazıçı Tim Uintonun "Atlılar" romanını ekrana uyğunlaşdıracaq.
Nəşr qeyd edir ki, rejissor lentə alacağı yeni filminə ad axtarmaq fikrində deyil və ekran əsəri elə əsərdəki kimi "Atlılar" adlanacaq.
Kitabın süjet xəttinə görə, baş qəhrəman Fred Skulli yeni həyat qurmaq arzusu ilə İrlandiyada öz ailəsi üçün ev hazırlayır. Ancaq hava limanında onu tək kiçik qızı qarşılayır. Məlum olur ki, Skullinin arvadı yoxa çıxıb. Bundan sonra kişi həyat yoldaşını tapmağa çalışır. Lakin günlərin birində Fred axtarış zamanı baş düşür ki, əslində tapmaq istədiyi bu sevdiyi qadını o qədər də yaxından tanımayıb.
Qeyd edək ki, "Atlılar" romanının müəllifi Tim Uinton Avstraliyanın ən böyük yazıçılarından biridir və avqust ayında bu məşhur qələm adamının 65 yaşı tamam olacaq.
Yeni filmdə əsas rolu ifa edəcək amerikalı ulduz aktyor, prodüser və Hollivudun ən nüfuzlu simalarından biri sayılan Bred Pittin bu ilin dekabrında 62 yaşı tamam olacaq.
"Atlılar" filminin çəkilişləri və nümayişi ilə bağlı "A24" kino studiyası hələ ki, ətraflı məlumat verməyib
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 May 2025 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri