Icma.az
close
up
RU
Kirayə ev verənlərin nəzərinə Xərcə düşə bilərsiniz

Kirayə ev verənlərin nəzərinə Xərcə düşə bilərsiniz

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzi hallarda ev sahibi ilə kirayədə qalan şəxs arasında rəsmi kirayə müqaviləsi imzalanmır. Lakin müqavilənin olmaması gələcəkdə hüquqi mübahisələrə və tərəflərdən birinin hüquqlarının pozulmasına səbəb ola bilər.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Metbuat.az-a açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən, mütləq kirayə müqaviləsi bağlanmalıdır:

“Müqavilə ödəmə mənbəyindən vergi ödənilməsini nəzərdə tutur. Bu vergi çox vaxt 14 faiz təşkil edir. Məhz bu vergi öhdəliyinə görə, bir çox hallarda vətəndaşla kirayə verən şəxs arasında müqavilə imzalanmır. Onlar hesab edirlər ki, bu, qiymətin və ümumi xərclərin artmasına səbəb ola bilər. Amma bu, çox riskli bir yanaşmadır. Çünki gələcəkdə tərəflər arasında hər hansı bir problem yarandıqda müqavilənin olmaması üzə çıxır və nəticədə vətəndaş hüquqi yollarla problemi həll edə bilmir. Ona görə də tövsiyə olunur ki, kirayə ilə bağlı bütün hüquqlarını müqavilədə təsbit etsinlər”.

V.Oruc beynəlxalq təcrübədə də bu sistemdən istifadə olunduğunu söyləyib:

“Kirayə verən şəxs mütləq müqavilə imzalayır. Orada evdəki əşyalar, kirayə müddəti, status və qiymətin hansı şərtlərlə müəyyən olunduğu açıq şəkildə qeyd olunur. Bu da gələcəkdə hər iki tərəfin hüquqlarının qorunmasına, lazım gəldikdə isə məsələnin hüquq və ya məhkəmə predmeti olmasına şərait yaradır. Kirayə müqaviləsi ona görə vacibdir ki, bunu həm qanun tələb edir, həm də hər iki tərəf üçün ən məqbul yoldur. Çünki bir çox hallarda məhkəmə işləri və hüquq-mühafizə orqanlarına müraciətlər məhz müqavilənin olmaması və şərtlərin yazılı şəkildə qeyd edilməməsi səbəbilə ortaya çıxır. Ola bilər ki, ilkin mərhələdə müqavilə bağlamadan müəyyən məbləğə qənaət etmək mümkün olsun. Amma sonradan yaranan problemlər həmin məbləğdən dəfələrlə artıq, beş, hətta on qat artıq xərclərə səbəb ola bilər”.

Ekspert əlavə edib ki, kirayə müqaviləsi rəsmi xarakter daşısın deyə, mütləq şəkildə notariusda qeydiyyata alınmalı və müvafiq vergi ödənişləri həyata keçirilməlidir:

“Bir çox hallarda maklerlərin və ya rieltorların təqdim etdiyi sadə müqavilələr heç bir hüquqi əsasa malik olmur. Çünki bu cür sənədlər sadəcə onların göstərdiyi xidmətlə bağlı olur. Əksər hallarda rəsmi müqavilənin bağlanmasında rieltorlar də maraqlı olmurlar. Çünki bu zaman onlar VÖEN sahibi və ya şirkət mənsubu kimi öz fəaliyyətlərinə görə dövlətə vergi ödəməli olurlar. Bu, həm rieltor, həm də kirayəverən üçün "məqbul" hesab edilsə də, son nəticədə elə hüquqi problemlər yaranır ki, bu da ciddi maliyyə itkisinə səbəb ola bilir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 May 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri