Icma.az
close
up
RU
Kirayənişin hansı hallarda evdən çıxarıla bilər?

Kirayənişin hansı hallarda evdən çıxarıla bilər?

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kirayədə qalanların qarşılaşdıqları əsas problemlərdən biri ev sahibinin onları yaşayış yerindən nə vaxtsa çıxarmaları olur. Aydın məsələdir ki, artıq uyğunlaşmağa başladığı evdən çıxmaq şəxsi yenidən eyni prosesi təkrarlamağa - yaşayış yeri axtarmağa, vaxt itkisinə vadar edir.  

Bəs qanunla ev sahibi kirayəçi ilə bağladığı müqaviləni hansı hallarda poza bilər?

Redaktor.az xəbər verir ki,  Mülki Məcəlləyə əsasən, yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur. Yəni tərəflərin hər birinin müqaviləni ləğv etmək hüququ var. Həmçinin yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olan kənaraçıxmalar barəsində razılaşmanın da qüvvəsi yoxdur.

Qanunvericiliyə görə, kirayə müqaviləsinə onun bağlandığı müddət bitdikdə xitam verilir. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, tərəflərdən biri müqavilənin ləğvinə dair bildiriş verə bilər. Bildiriş yazılı formada verilməlidir və müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 

Həmçinin kirayəyə verənin müqaviləyə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır:

- Kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda;

- Kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda və digər hallarda.

Kirayəyə verən özü yaşadığı və ən çoxu iki mənzildən ibarət olan yaşayış binasında mənzilin kirayə müqaviləsini özünün marağı olmadan da ləğv edə bilər. Bu halda müqavilənin ləğvinə dair xəbərdarlıq müddəti üç ay uzadılır. Bu, kirayəyə verənin özünün yaşadığı mənzil çərçivəsində yaşayış otağının kirayəsi haqqında müqaviləyə uyğun tətbiq edilir.

Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən də aşağıdakı hallarda kirayə müqaviləsini ləğv edə bilər:

- Kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə;

- İkidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.

Ümumilikdə isə tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən ciddi şəkildə pozursa, müqavilə xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. 

Lakin bütün bu hallar kirayə verənlə kirayəçi arasında müqavilə bağlandığı halda qüvvədədir. Təcrübədə isə sözügedən tərəflər daha çox öz aralarında olan şifahi razılaşmaya üstünlük verirlər. Bu isə yaranan mübahisələrin hüquqi çərçivədə həllinə imkan yaratmır (Qafqazinfo).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Dekabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri