Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Siqaret, siqar, yoxsa qəlyan? Zərərlilik dərəcəsi MÜSAHİBƏ

Siqaret, siqar, yoxsa qəlyan? Zərərlilik dərəcəsi MÜSAHİBƏ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Peşəkar qəlyançı Mirsadiq Hüseynovun SİA-ya müsahibəsini təqdim edirik:

- Dünyada ilk qəlyan Hindistanda hazırlanıb. Sonra İran, ərəb ölkələri və Türkiyədə geniş istifadə olunmağa başlayıb. Türkiyədə qəlyan çəkmək ən qədim adətlər sırasına daxildir. Ölkəmizə necə gəlib?

- Artıq illərdir ki, bu sahədə fəaliyyət göstəririk – təxminən 23 ildir bu işlə məşğuluq. Əvvəllər bizim bir televiziya verilişimiz də olmuşdu. Hətta bir kanalımız da var idi. Kamil Zeynallı ilə birlikdə birgə veriliş hazırlamışdıq. O verilişdə biz qəlyan haqqında danışmışdıq. Bildirmişdik ki, qəlyan ilk dəfə Hindistanda yaranıb. Çox insanlar əvvəllər qəlyanı zərərli bir şey kimi başa düşürdülər. Amma əslində qəlyan elə bir anlayışdır ki, onun haqqında müxtəlif suallar ortaya çıxır. Sözün düzü, qəlyanın Hindistanda yaranmasının səbəbləri var. O dövrdə Hindistanda müalicə üsulları mövcud idi. Qəlyan da həmin dövrlərdə təbii otlardan və bəzi kimyəvi vasitələrdən istifadə olunmaqla yaranmışdı. Daha sonra qəlyan Misirə, Ərəb ölkələrinə, oradan da Avropa ölkələrinə, eləcə də Azərbaycana və Rusiyaya yayılıb. Bu yayılmanın məqsədi insanları əmin etmək, onların hisslərinə təsir göstərmək idi. Qəlyanın özünəməxsus ətirləri olurdu. Bu buxurlar əsasən şahların saraylarında istifadə olunurdu və qədim dövrlərdə xüsusi məna daşıyırdı. Qeyd etmək istərdim ki, qəlyanın yaranmasının səbəblərindən biri də müəyyən təbii aktiv maddələrin istifadəsi ilə bağlıdır. Bu maddələr insanda bir növ vərdiş formalaşdırır, amma bu vərdişlər xəstəlik səviyyəsində deyil, daha çox rahatlıq, müsbət təsir yaratmaq üçün yaranır. İnsanlar niyə bu vərdişi qazanır? Bəzən bu, müəyyən xəstəliklərin müalicəsində də istifadə olunur. Mən bu sahədə artıq 23 ildir fəaliyyət göstərirəm. Təkcə Azərbaycanda yox, Rusiyada, Türkiyədə, Londonda, Sankt-Peterburqda da bu işlə məşğul olmuşam. Hal-hazırda 37 diplomum, 62 sertifikatım var. Bunların heç biri zarafat deyil, bu işə həyatımı vermişəm, bu sahədə çox ciddi şəkildə çalışmışam. Qəlyanın bəzi aromatik növləri var. Bu aromalar bəzən müəyyən xəstəliklərə – məsələn, astmaya çox xeyir verir. Mən bunun canlı şahidiyəm. Elə insanlar var ki, nəfəs almaqda çətinlik çəkir, amma bu aromatik maddələrin sayəsində daha rahat nəfəs ala bilirlər. Qeyd etməliyəm ki, qəlyanı tütünlərlə qarışdırmaq düzgün deyil. Çünki qəlyan tütün deyil. Əksinə, insanlar bəzən tütün istifadəsini tərgidib bu növ təbii aromatik vasitələrə keçməklə orqanizmlərinə daha az zərər verirlər.

- Son illər şəhərin bir çox restoran və PUB-larında bu tip elanlara tez-tez rast gəlmək olur: "Xanımlara qəlyan pulsuz", "Xanımlara içki pulsuz". Bəs bu elanların verilməsinə səbəb nədir? Burada məqsəd gender balansını qorumaqdır, yoxsa, qadınların hesabına restorana müştəri cəlb etmək?

- Biz bu sahədə illərdir fəaliyyət göstəririk. Sadəcə satış və reklam üçün deyil, əslində insanlara faydalı olmaq üçün. Bəli, bu gün bazarda çoxlu sayda "marketinq fəndləri", reklam kampaniyaları və endirimlərlə dolu təkliflər var. Amma məsələ ondadır ki, keyfiyyətlə yanaşı etibar da satılmalıdır. Çox vaxt xanımlar bizə müraciət edirlər. Deyirlər ki, bəzi yerlərdə qəlyanın keyfiyyəti aşağıdır, bəzən ucuz, bəzən isə sadəcə “kampaniya xatirinə” pulsuz verilir. Amma bu, müştəriyə hörmət deyil. Müasir xanım bilir nə istəyir – keyfiyyətli, zərif və onun ehtiyacına uyğun məhsul. Halbuki, bu xanımlar istənilən xidməti ödəyə biləcək səviyyədədirlər. Onlara dəyər vermək, onları “kampaniyanın bir hissəsi” kimi deyil, xüsusi qonaq kimi qarşılamaq lazımdır. Bu səbəbdən biz təklif edirik: Yüksək keyfiyyətli qəlyan setləri – fərdi yanaşma və zövqə uyğun seçim, qadınlara özəl konsept – sadəcə məhsul yox, bir təcrübə təqdim edən, etibar üzərində qurulmuş xidmət – illərin təcrübəsi və peşəkarlıqla. Bizim üçün bu iş sadəcə biznes deyil, missiyadır.

- Təəssüf ki, qəlyan və elektron siqaretdən istifadə edənlər arasında məktəblilər də var. Bu sahəyə necə nəzarət olunmalıdır?

- Bugünkü gündə müştərilərimiz arasında elə gənclər var ki, az yaşlardan qəlyan çəkməyə maraq göstərirlər. Bəziləri gəlib deyir: "Mənim 18 yaşım var, atamla və ya dostumla qəlyan çəkmək istəyirəm." Biz isə buna icazə vermirik. Niyə? Çünki yaş sadəcə rəqəm deyil. İnsan bu yaşda hələ tam formalaşmayıb və belə vərdişlərə başlamaq onun sağlamlığına ciddi zərər verə bilər. Mən valideyn olaraq buna çox ciddi yanaşıram. Mənim oğlum 19 yaşındadır, amma ona qəlyan çəkməyə icazə vermirəm. Çünki o, hələ oxumalıdır, öyrənməlidir, gələcəyini qurmalıdır. Qəlyan və ya bu kimi vərdişlər onu yolundan sapdıra bilər. Biz bu gün ən çox təhsilimizə önəm verməliyik. Təhsil bizim gələcəyimizdir. Əgər gənclərimiz təhsilə güc versələr, sağlam düşüncəli və uğurlu insanlar olarlar. Dində, cəmiyyətdə istirahətin öz yeri var, amma istirahət tədrisə mane olmamalıdır. Tədris birinci yerdə gəlməlidir. Valideynlərimiz bu günə qədər bizim üçün necə çalışıblarsa, biz də onların izindən gedərək, öz övladlarımız üçün ən yaxşısını etməyə çalışmalıyıq. Onların gələcəyi, sağlamlığı, uğurlu karyeraları üçün düzgün addımlar atmalıyıq. Biz bu günə qədər öz məkanlarımızda gənclərin sağlamlığını və cəmiyyətin gələcəyini düşünərək konkret bir yaş həddi müəyyən etmişik. Bu yaş həddi 19 və yuxarıdır. Biz 18 yaşlı gənclərə qəlyan təqdim etmirik. Bəli, qanuni baxımdan 18 yaş yetkinlik yaşına çatmaq sayılır, amma biz məsələni sadəcə qanunla deyil, həm də mənəviyyat və məsuliyyət baxımından dəyərləndiririk. Çünki 18 yaşında bir insan hələ həyatın astanasında, təhsildə, formalaşma mərhələsindədir. Mən şəxsən valideyn olaraq düşünürəm ki, 18 yaşda qəlyan çəkmək heç bir gənc üçün doğru deyil. Ona görə də, minimum 19 yaş həddi qoymuşuq. Çünki məsələ təkcə yanındakı şəxsin yaşı deyil, ümumilikdə məsuliyyət və nümunə ilə bağlıdır. Biz çalışırıq ki, həm gənclərimizin sağlamlığını qoruyaq, həm də cəmiyyətdə doğru nümunə formalaşdıraq. Bu bizim təkcə iş prinsipimiz deyil, həm də vətəndaşlıq borcumuzdur. Gələcəyimizi qorumaq istəyiriksə, bu cür məsələlərdə ciddi olmalıyıq. Qəlyan içmək bir istirahət forması sayılsa da, o da öz yerində və öz yaşında olmalıdır.

- Sadə insanlar necə anlasın ki, qəlyan keyfiyyətli tütündən hazırlanıb, yoxsa ucuz məhsuldan?

- Ən birinci və ən vacib qayda odur ki, qəlyan və bu kimi məhsulların satış məntəqəsində yaş nəzarəti olmalıdır. Bizim əsas məsuliyyətimiz elə burada başlayır. Çünki bu gün bəzi hallarda gənclər öz yaşlarını 18 kimi göstərib, “yanımda böyüyümü gətirəcəm, qəlyanı birlikdə çəkəcəyik” deyə bizə yaxınlaşırlar. Bəli, belə hallar olur və biz buna şahid olmuşuq. Hətta elə hallar var ki, yaşlı bir adam gedib məhsulu alır və onu çöldə birbaşa 18 yaşını yeni keçmiş və ya hələ çatmamış gəncə verir. Bu isə artıq sadəcə qaydanın pozulması deyil, cəmiyyətə, gəncliyə zərər vurmaqdır. Bugünkü günün reallığı budur: gənclər tədricən bu zərərli vərdişlərə, xüsusilə də elektron qəlyan və siqaretlərə meyil göstərirlər. Təəssüf ki, bu halların çoxu təhsildən uzaqlaşma, diqqətin dağılması və fiziki-psixoloji problemlərlə nəticələnir. Ona görə də, biz deyirik: qəlyan yalnız məkan daxilində, nəzarət altında və yaş həddi uyğun olan şəxslərə təqdim edilməlidir. Yaşına çatmayan gənclərin məkana buraxılmaması, onlara məhsul satılmaması qanunla yanaşı, mənəvi məsuliyyətdir. Qəlyan bir mədəniyyət forması kimi dəyərləndirilirsə, onun yeri və zamanı da düzgün müəyyən olunmalıdır. Gənclər bizim gələcəyimizdir. Biz onları qorumaqla gələcəyimizi qoruyuruq.

- Bəzən qəlyanı müxtəlif meyvələrin əsasında da hazırlayırlar. Ananas, alma, qarpızın tərkibində olur. Bəs bunun üstünlüyü nədir?

- Sözün açığı, bu, son vaxtlar bazarda keramikadan hazırlanmış qəlyanlar ucuz olduğuna görə geniş yayılıb. Amma məsələ təkcə ucuzluq deyil. Əsas məsələ keyfiyyətdir. Baxın, meyvə əsaslı tütünlərin tamı, aroması və keyfiyyəti xüsusi hazırlanmış qəlyan vasitəsilə düzgün çıxır. Bu sadəcə bir "çəkim" deyil, bu, aromanın, tütünün dadının və təsirinin formalaşdığı prosesdir. Keramika qəlyanlar hər nə qədər ucuz olsa da, meyvə tütününün real dadını və keyfiyyətini tam ötürə bilmir. Nəticədə həm dad pozulur, həm də sağlamlığa zərər riski artır. Məsələn, bizdə bəzən deyirlər ki, bu aparatın içində süd, su ilə qarışdırılır, tam daha fərqli olur. Amma bu, sadəcə mifdir. Suda südün qarışması, yaxud süni dadlandırma heç vaxt təbii meyvə tütününün verdiyi aromanı əvəz edə bilməz. İstər-istəməz bu prosesdə həm keyfiyyət itir, həm də sağlamlıq üçün risk artır. Bu işin peşəkar tərəfi də var. Mən şəxsən İordaniyada — Aman şəhərində olmuşam. Orada bu işə çox ciddi yanaşırlar. Biz orada müxtəlif firmaların tütünlərinə baxırdıq, dadlarını test edirdik, keyfiyyətini yoxlayırdıq. Hansı qarışımların daha uyğun, hansının isə zərərli ola biləcəyini analiz edirdik. Çünki bu sahədə düzgün seçim çox vacibdir. Əgər biz bu sahədə irəli getmək istəyiriksə, istər satışda, istər təqdimatda, gərək insanlara keyfiyyətli, sağlamlığa minimum zərərli və düzgün şəkildə təqdim olunan məhsullar göstərək. Bu həm müştərinin məmnuniyyəti, həm də bizim etibarımız üçün vacibdir. Bəzən insanlar düşünür ki, qəlyanın keyfiyyəti yalnız tütünün dadından asılıdır. Amma əslində bu prosesin çox vacib texniki detalları var. Biz bu sahədə müəyyən təcrübəyə əsaslanaraq deyə bilərik ki, qəlyanın keyfiyyətinə bir neçə amil birgə təsir edir: aparatın növü (məsələn, keramika), çəkilmə müddəti və ən önəmlisi kömür. Düzü, keramika qəlyanlar ucuz olduğu üçün son vaxtlar daha çox yayılıb. Amma keramika aparatlarda qəlyan tütününün çəkilmə müddəti daha uzun olmalıdır. Minimum 1 saa, bəzən 1 saat 20 dəqiqəyə qədər uzanır. Əgər bu normaya əməl olunmasa, həm dadı pozulur, həm də tütün zay olur. Meyvə əsaslı tütünlər- istər Fusion, istər Premium seriyalar bu cür çəkilmə rejiminə uyğun gəlməlidir. Onların dadını və aromatik keyfiyyətini ortaya çıxarmaq üçün kifayət qədər "sağlam" kütür lazımdır. Bu kütürlər xüsusi diqqət tələb edir və onların fərqi birbaşa çəkim keyfiyyətində özünü göstərir. Amma gəlin ən vacib detalı unutmayaq: kömür. Bu gün biz istəsək də, ən bahalı və keyfiyyətli tütünü seçsək də, əgər kömür keyfiyyətsizdirsə, o tütünün heç bir dəyəri qalmır. Çünki kömür hər şeyi dəyişir: tütünün dadını, çəkim prosesini, aromanı və istifadəçinin təəssüratını. Keyfiyyətsiz kömür qoxu verir, tez sönür, bəzən tüstü əvəzinə baş ağrısı gətirir. Ona görə də, qəlyan mədəniyyətində peşəkarlıq sadəcə tütünü seçmək deyil, aparatın quruluşundan, kömürün keyfiyyətinə qədər bütün amilləri düzgün idarə etməkdir. Bu sahədə bilik və təcrübə əsasdır. Biz də çalışırıq ki, bu sahəyə hörmətlə və məsuliyyətlə yanaşaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:364
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 İyun 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri