Kişi ona yeməyi gec verən arvadını döydü MƏHKƏMƏ
Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İmran Hacıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 09 may 2025-ci il tarixində, saat 19 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.
Belə ki, İmran Hacıyev yaşadığı evdə arvadı, zərərçəkmiş Günaya Hacıyeva (adı, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qadının yeməyi gec verməsi olub. O, arvadına irad bildirərkən, Günaya onunla nikahlarına xitam verilməsi üçün müraciət edə biləcəyi barədə fikirlər söyləyib. Bu zaman İmran zərərçəkmiş şəxsin üzərinə hücum edərək qəsdən əl, yumruq zərbələri ilə onun göz, sifət, baş, qol, qarın və bədəninin müxtəlif nahiyələrinə ardıcıl vuraraq, yüngül zərər yetirib.
Hadisədə sonra İmran Hacıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Günaya Hacıyeva məhkəməyə ərizə ünvanlayaraq, əri tərəfindən dəymiş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş edib.
Kamal Məmmədov


