Kişi səkkizaylıq oğlunu yola atıb və üzərindən avtomobillə keçdi
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-də bir kişi 8 aylıq oğlunun ölümü ilə nəticələnən hadisəyə görə 30 il azadlıqdan məhrum edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.
Məlumata görə, 25 yanvar 2025-ci il səhəri Florida ştatında yaşayan 21 yaşlı Castin Qolden uşağın anası və 8 aylıq oğlu Pablo ilə birlikdə avtomobillə hərəkətdə olub. Yolda valideynlər arasında uşaq salfetləri və pul məsələsi ilə bağlı mübahisə yaranıb.
İstintaq materiallarına əsasən, mübahisə zamanı Qolden avtomobili saxlayaraq, körpəni maşından çıxarıb. Hadisə nəticəsində uşaq ağır xəsarətlər alıb.
Təcili tibbi yardım əməkdaşları körpəni xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Şübhəli şəxs hadisə yerindən qaçmağa cəhd etsə də, qısa müddət sonra saxlanılıb.
Məhkəmədə Castin Qolden günahını etiraf edib və törətdiyi əmələ görə peşman olduğunu bildirib. Məhkəmənin hökmü ilə o, 30 il həbs cəzasına məhkum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 24 Dekabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















