Icma.az
close
up
RU
Kişineu Avropa audiovizual media tənzimləyicilərinin platforması olan EPRA nın 61 ci Toplantısı keçirilib

Kişineu Avropa audiovizual media tənzimləyicilərinin platforması olan EPRA nın 61 ci Toplantısı keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 16 may, AZƏRTAC

Moldovanın paytaxtı Kişineu şəhərində Tənzimləyici Orqanların Avropa Platformasının (EPRA) 61-ci Toplantısı keçirilib. Azərbaycan Respublikası Audiovizual Şurasını toplantıda Şura Aparatının rəhbəri Fazil Novruzov və Kommunikasiya sektorunun müdiri Taleh Quliyev təmsil ediblər.

AZƏRTAC xəbər verir ki, toplantının açılışında Moldova Respublikasının Prezidenti Maya Sandu Avropa məkanında audiovizual media sahəsini tənzimləyən qurumların əməkdaşlıq və dialoq imkanlarının genişləndirilməsi, mütərəqqi təcrübələrin öyrənilməsi baxımından EPRA-nın fəaliyyətini yüksək qiymətləndirib, tədbirin işinə uğurlar arzulayıb.

“Fakta əsaslanan tənzimləmə” və “Onlayn mühitdə uşaqların müdafiəsi” mövzularına həsr edilən ilk iclasda EPRA-nın hazırkı sədri, Norveç media tənzimləyici qurumunun rəhbəri Mari Velsand təşkilatın ötən dövr ərzində gördüyü işlər barədə məlumat verib, maliyyə hesabatını təqdim edib.

Qeyd edək ki, Avropanın ən nüfuzlu audiovizual media tənzimləyicilərinin şəbəkəsi olan EPRA-nın bu Toplantısına 48 Avropa dövlətindən 50 audiovizual media üzrə tənzimləyici orqanın rəhbərləri və nümayəndələri, həmçinin Avropa Komissiyasının, ATƏT Media Bürosunun, Avropa Şurası Media Bölümünün, Avropa Audiovizual Obzervatoriyasının müşahidəçiləri, habelə UNESCO-nun, “Meta”, “Cullen International” şirkətlərinin ekspertləri daxil olmaqla 150-dən çox nümayəndə və ekspert qatılıb.

Toplantı zamanı “Onlayn mühitdə uşaqların müdafiəsi”, "Media savadlılığı", "Tənzimləyicilər üçün yeni çağırışlar", “Videopaylaşım və sosial şəbəkə platformaları, onların təsiri” mövzularında çıxışlar edilib. Həmçinin tədbir çərçivəsində “Audiovizual media xidmətlərində alətlər və yanaşmalar” və “Media savadlılığı və hüquqlar” mövzularında panel sessiyalar təşkil olunub.

Toplantının ikinci günündə platformanın idarə heyətinə sədr və sədr müavinləri postlarına seçkilər keçirilib. Səsvermənin sonunda İrlandiya yayım tənzimləyici orqanının rəhbəri Stefani Komey növbəti iki illik müddətə EPRA sədri seçilib. Həmçinin Böyük Britaniyanın, Rumıniyanın, Monteneqro və Slovakiyanın tənzimləyici orqanlarının nümayəndələri sədr müavinləri seçiliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see268

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see232

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see223

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see190

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see187

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see168

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see142

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see139

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see138

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see137

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see137

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see133

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see125

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri