Icma.az
close
up
RU
Kitaba Azərbaycan gənclərindən başqa heç kəsin marağı yoxdu Şahbaz Xuduoğlu

Kitaba Azərbaycan gənclərindən başqa heç kəsin marağı yoxdu Şahbaz Xuduoğlu

Icma.az, Manset portalına istinadən məlumat yayır.

14 fevral Beynəlxalq Kitab Bağışlama Günü olaraq qeyd olunur. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub. 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək insanları həmin günü “Uşaqlara Kitab Vermə Günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral Dövlətlərarası Kitab Bağışlama Günü olaraq qeyd olunmağa başlayıb. 

Bəs, görəsən, Azərbaycan cəmiyyətində kitaba olan təlabat, maraq hansı səviyyədədir? Kitablara olan marağın artırılması üçün hansı işlər görülməlidir? 


Mövzu ilə bağlı Manset.az-a danışan naşir, tərcüməçi-yazar, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bildirib ki, kitaba Azərbaycan gənclərindən başqa heç kəsin marağı yoxdu:

"Yəni, kitaba əsas marağı olan gənc nəsildir. Çünki, biz kitablarla bağlı tədbirlər keçirəndə 90% gənclər iştirak edir. İstər endirimli aksiyalar, istər imza günlərində. Kitaba marağın artırılması üçün çox alətlər var. Amma ən birinci alət məncə kitab oxumanın üstünlükləri dərk edilməlidir. Yüksək zəkalı insan kənarda işsiz qalır amma heç bir kitaba həvəsi, marağı olmayan adam gəlib onun yanından adlayıb yüksək yerlərə keçir. Belə yerdə kitab oxumazlar. Kitab o yerdə oxunarki, o yerdə təhsilli, savadlı, özünü ifadə etməyi bacaran insanlara üstünlük verilsin. Qohum-əqrəba, tayfa söhbətləri ilə iş görən, pul qazanan insanlar və cəmiyyət olan yerdə kitab heç zaman oxunmaz. Kitab-xilas sözü ilə eyni cərgədə olmalıdır. Yəni, Kitab oxu, xilas ol. Əks halda başqa bir yol olmamalıdır. O zaman kitablara maraq artacaq. Məncə maraqda artır. Azərbaycanda kitaba marağı olan gənclərin sayı həddindən artıq çoxdur. Əvvəlki kimi deyil. Maraqlı kitablar olduqca, insanlar kitab alırlar, oxuyurlar, fikir paylaşırlar. Bu artıq böyük uğurdur".


Quliyeva Seyranə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 14 Fevral 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri