KİV: ABŞ ın hərbi təyyarələri kütləvi şəkildə Avropa bazalarına göndərilir, hədəf İran ola bilər
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son günlər ABŞ hərbi nəqliyyat təyyarələrinin kütləvi şəkildə Avropadakı bazalara uçuşlarının qeydə alınması bu uçuşların İranla bağlı potensial əməliyyatlarla əlaqəli ola biləcəyi ehtimalını gücləndirib.
APA xəbər verir ki, bu barədə “The Week” nəşri məlumat yayıb.
Məlumata görə, qısa müddət ərzində təxminən 10 C17A nəqliyyat təyyarəsinin uçuşu qeydə alınıb.
Məqalədə bildirilir ki, ABŞ rəsmiləri bu hərəkətləri rəsmi şəkildə izah etməyib, lakin hərbi analitiklər və ekspertlər bu uçuşların İranla bağlı potensial əməliyyatlarla əlaqəli ola biləcəyini qeyd edirlər.
Analitiklərə görə, təyyarələrin sayı, istiqaməti və tipik xüsusiyyətləri ABŞ-ın xüsusi əməliyyat təyyarələrinin və strateji hava nəqliyyat imkanlarının istifadə oluna biləcəyini göstərir.
Bildirilir ki, son dəfə belə kütləvi uçuşlar İranın nüvə obyektlərinə zərbə endirilən 12 günlük müharibə zamanı müşahidə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 07 Yanvar 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















