Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Yol nəqliyyat hadisələrin sayı

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ Erməni revanşizminin SON AKKORDLARI

Ukraynalı deputat Trampın sülh planını açıqladı

Avstriyalı rəssamın tablosu rekord qiymətə satıldı

KİYEV ÇOX ÇƏTİN SEÇİM QARŞISINDA... Zelenski və Ukrayna növbəti Tramp Putin zərbəsinə tab gətirə biləcəkmi?

KİYEV ÇOX ÇƏTİN SEÇİM QARŞISINDA... Zelenski və Ukrayna növbəti Tramp Putin zərbəsinə tab gətirə biləcəkmi?

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Tarix təkrarlanır. Hazırda Ukrayna ətrafında baş verənlər bu ilin fevralında Oval kabinetdə Donald Trampla J.D.Vensin Ukrayna Prezidenti Volodimir Zelenskinin üzərinə hücum çəkməsini xatırladır.

Elə Trampın özü də ötən gün, əslində, ABŞ tarixində biabırçı iz qoyacaq həmin görüşü xatırladıb və növbəti dəfə deyib ki, Ukraynanın “kozırları yoxdur”: “Nə vaxtsa o, nəyəsə razılaşmalı olacaq.

Yadınızdadırsa, çox da uzaq olmayan bir vaxtda Oval Ofisdə “Sizin heç bir kozırınız yoxdur” demişdim"...

Beləliklə, 28 bəndlik “Tramp planı” əsasında ABŞ və Rusiya Zelenskiyə vaxt qoyub. Ondan cümə axşamı gününə qədər bu plana razılıq verməsi tələb edilir. Əks halda, Tramp silah və kəşfiyyatr məlumatlarını dayandıracağı, Putin isə digər şəhərləri də”Kupyanskın aqibəti” gözlədiyi ilə hədələyib.


Yeri gəlmişkən, qeyd edək ki, Putin və rus generallarının guya Kupyanskın işğal olunduğu barədə iddiaları təsdiq olunmur. Trampın hədələrinə gəlincə, artıq onun hakimiyyətə gəlməsindən bir müddət sonra ABŞ Ukraynaya kəşfiyyat məlumatları və silah ötürülməsini dayandırmışdı. Lakin bu, Trampın gözlədiyinin əksinə olaraq, Ukrayna cəbhəsinin çökməsi və ordunun qaçması ilə nəticələnmədi...

Lakin indi Ukraynanın vəziyyəti daha həssasdır. Qarşıdan gələn ağır və soyuq qış, insan resursu çatışmazlığı, cəmiyyətin və ordunun müharibədən dəhşətli dərəcədə yorğunluğu, müttəfiqlərin “gah nala, gah mıxa vurması”, üstəlik də heç də təsadüfi olmadan ortaya atılan korrupsiya qalmaqalı tamamilə fərqli bir reallıq və ab-hava yaradıb. Eyni zamanda, bir çox müşahidəçilərin də dediyi kimi, Ukraynada müharibədən obyektiv olaraq yorulmuş, tükənmiş əhalinin say tərkibində bu dəhşətli savaşın hansı şərtərlə olursa olsun bitməsinə tərəfdar olanların sayı da durmadan artır...

Bütün bunların fonunda Putinin öz strateji məğlubiyyətini pərdələməyə hesablanan özündən razı açıqlamaları Kremlin doğrudan da “Tramp planı”-nın hazırlanmasında birbaşa iştirakı və onunla razılaşması təəssüratı yaradır. Ən azından, Putinin son açıqlamaları belə düşünməyə əsas verir.


O, Rusiya Təhlükəsizlik Şurasının son iclasında bu "sülh planı" ilə işləməyə hazır olduğunu bildirib. Eyni zamanda, 4 ildir bataqlıqdan çıxa bilməsə də, yenə “minnət qoyaraq”, iddia edib ki, guya Rusiya məqsədlərinə hərbi yolla da çatmağa qadirdir: "Amma biz sülh danışıqlarına, problemlərin sülh yolu ilə həllinə də hazırıq, lakin bunun üçün əlbəttə ki, təklif olunan planın bütün detallarının əsaslı müzakirəsi tələb olunur. Biz buna hazırıq".

O, artıq Amerika sülh planının mətnini aldığını açıqlayıb və deyib ki, bu, Alyaskada müzakirə edilən planın dəyişdirilmiş versiyasıdır. Nəhayət, Putin hesab edir ki, bu sənəd "son sülh razılaşması üçün əsas ola bilər”.

Yaxşı, bu halda sual yaranır: Bəs Rusiya konstitusiyasına daxil edilən Zaporojye və Xerson vilayətlərinin Ukraynanın nəzarətində qalan əraziləri necə olacaq? Bəs Rusiyanın keçirdiyi “referendum” nə oldu? Belə çıxır ki, həmin ərazilər “Ukraynanın işğal etdiyi Rusiya əraziləri” kimi qalacaq? Ya da belə çıxır ki, Rusiya konstitusiyası oyuncaq, iki gündən bir dəyişə bilən, yazılıb-pozulan mənasız kağız parçasıdır...

Bəs Rusiyanın Qərbdəki 300 milyard dollara yaxın vəsaiti necə olacaq?

Plana görə, onların 100 milyardı Ukraynanın bərpasına, qalanı da ABŞ-nin nəzarət etdiyi hansısa ABŞ-Rusiya fonduna veriləcək. Yəni, Rusiyanın əlindən faktiki olaraq alınacaq. Hansı ki, bu vəsaitlər ən çox Rusiyanın özünə lazımdır. Ən azından işğal etdiyi və xaraba qoyduğu Ukrayna ərazilərində hansısa normal həyat şəraiti yaratmaq üçün...

Bəs Kiyevdə hakimiyyəti dəyişmək və Belarusdakına bənzər, Kremlə tabe olan müti rejim qurmaq planı necə olacaq? Bu qədər qırğınlar, məhrumiyyətlər 17 milyon kvadrat kilometr ərazisi olan Rusiyanın cəmi 120 min kvadrat kilometr, yəni, öz ərazisinin “sıfır tam neçə faizi qədərsə” əlavə yanmış torpaq və dağıdılmış kəndlər əldə etməsi üçün idimi?


Bir sözlə, rusiyalıların Putinə verəcəkləri və cavabı açıq qalan suallar kifayət qədər çoxdur...

Hələliksə, bu plan açıq-aşkar ağır şərtlərlə daha çox Ukraynanın təslim edilməsi planı təəssüratı yaradır.

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib ki, Böyük Britaniya və Avropanın bu "sülh planı" üzrə danışıqlarda iştirak etməməsi Kiyevin "təslim olmasına" səbəb olacaq: "Vaşinqton və Moskva Avropa təhlükəsizliyinin gələcəyini müzakirə edərkən, Avropa hələ də kənarda qalır".

Ancaq qeyd edək ki, Avropanın bu qədər urvatsız edilərək, kənarda saxlanması həm də qorxaq, riyakar, ikiüzlü Avropa liderlərinin və hakimiyyətlərinin öz əsəridir. Məsələn, “The Telegraph”-ın yazdığı kimi, Trampın “sülh planı” elan ediləndə 32 NATO milli səfiri Finlandiya Laplandiyasında səfərdə olublar və saunada dincəlir, donmuş Kemi çayına “kəllə vururlarmış”. Yəni, Avropa öz kamfortunu və rahatlığını tərəzinin digər gözündəki Ukraynadan daha ağır və üstün tutub və tutmaqda da davam edir...

Buna baxmayaraq, Avropada heç bir siyasətçi ABŞ-Rusiya "sülh planını" dəstəkləməyib. Onların hamısı Ukraynanın taleyinin onun iştirakı olmadan həll edilməsinin səhv olduğunu qeyd ediblər.

Hətta Trampın dostu, Böyük Britaniyanın İslahatlar Partiyasının lideri Naycel Farac da "sülh planı"nın qəbuledilməz olduğunu bildirib: "Düşünmürəm ki, Ukraynadan ordusunu yarıya endirməsini istəmək məqbuldur. Zelenski hökumətindən əks təklif gözləyirəm".

Zelenski isə özünü mümkün qədər təmkinli aparmağa çalışır. Xalqa dünən axşam etdiyi müraciətdə Ukraynanın ləyaqət, suverenlik və s. ilə əsas müttəfiqini itirmək, ağır qış və gələcək böyük risklər arasında seçim etməli olduğunu deyən Ukrayna başçısı hələ özünün də bu seçimi etməkdə çətinlik çəkdiyini göstərmiş oldu. Hazırda dünyanın heç bir ölkə başçısı birgə Tramp-Putin zərbəsinin önündə tək buraxılan və özü də zamanında bir çox səhvlər buraxmış Zelenskinin yerində olmaq istəməz. Doğrudan da, Ukrayna çox çətin seçim qarşısında qoyulub və bu seçim ölkənin gələcək taleyi üçün həlledici ola bilər. Vaxt isə getdikcə daralır...

Təəssüf ki, tarixən əksər hallarda reallıqlar ideallara qalib gəlir. Əks halda, dünya daha ədalətli, daha mərhəmətli və daha yaşanır bir yer olardı. Ukrayna da hazırda ideallarını reallıqlara qismən də olsa qurban vermək məcburiyyəti ilə üz-üzə qoyulub. Ancaq olduqca yaxın tarixdə öz ərazi bütövlüyünü və dövlət kimi ləyaqətini bərpa edən Azərbaycan nümunəsi də var - reallıqları özü yaradıb, onları ideallarına uyğunlaşdırmaq, digər yandan da dünyada müvafiq qlobal şəraitin yaranmasını gözləməyi bacarmaq nümunəsi. Ümid edək ki, hazırda öz tarixini öz qanı ilə yazan Ukrayna da nə zamansa bu cür nümunə yarada biləcək...

Cəlal Məmmədli

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Noyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see223

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see219

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see213

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see195

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see184

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see161

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see152

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see151

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see151

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see142

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see139

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see136

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see135

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see133

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see133

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see132

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

20 Noyabr 2025 16:13see128

Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ Erməni revanşizminin SON AKKORDLARI

20 Noyabr 2025 16:03see126

Ukraynalı deputat Trampın sülh planını açıqladı

21 Noyabr 2025 01:17see124

Avstriyalı rəssamın tablosu rekord qiymətə satıldı

20 Noyabr 2025 16:08see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri