Icma.az
close
up
RU
“Kiyev işğaldakı torpaqlarını belə azad edəcək” Ukraynanın Türkiyədəki səfiri ilə EKSKLÜZİV MÜSAHİBƏ

“Kiyev işğaldakı torpaqlarını belə azad edəcək” Ukraynanın Türkiyədəki səfiri ilə EKSKLÜZİV MÜSAHİBƏ

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Globalinfo.az Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal ilə eksklüziv müsahibəni təqdim edir:

Cənab səfir, siz bu günlərdə sensasion sayılacaq bəyanat verdiniz. Bildirdiniz ki, Türkiyə Ukraynaya hərbi kontingent göndərməyi nəzərdən keçirir. Əlavə etmişiniz ki, məsələ Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə müzakirə olunub. Bu açıqlamanı maraqlı edən amillər var. Məsələn, Ankara Rusiya-Ukrayna konfliktində ilk gündən barışdırıcı rol oynayır. 2022-ci ilin martın əvvəlində – münaqişə yeni başlayanda – Rusiya və Ukrayna nümayəndələri məhz Türkiyədə bir araya gəlmişdilər. Sonra “taxıl dəhlizi” mövzusu gündəmə gələndə Türkiyə təşəbbüsü üzərinə götürmüşdü; danışıqlara yenə ev sahibliyi etmişdi. Hazırda da rəsmi Ankaranın bu missiyası davam edir. Moskva-Kiyev danışıqları məhz Türkiyədə baş tutur. Belə bir şəraitdə Türkiyənin Ukraynaya hərbi kontingent göndərməsi xəbəri açıq havada şimşək effekti yaratmır? Belə çıxır, Türkiyə bu müharibədə tərəf seçir və Ukraynanı Rusiyanın hərbi aqressiyasından qorumaq xətti tutur. Halbuki prezident Ərdoğan dəfələrlə deyib ki, münaqişə başlayandan onun hökuməti Rusiya ilə də eyni məsafədə dayanır, Ukrayna ilə də. Bir sözlə, Ankara 3 il yarımlıq neytrallığını və bir növ arbitr funksiyasını itirməyəcək?

– Biz Türkiyənin Ukraynaya dəstəyi dedikdə, ilk növbədə təhlükəsizlik təminatları sistemini nəzərdə tuturuq. Bu təminatlar müxtəlif – maliyyə, maddi-texniki, humanitar və ya hərbi formalarda ola bilər. Hər bir dövlət Ukraynanın təhlükəsizliyinin möhkəmləndirilməsi prosesində hansı formada iştirak etməyə hazır olduğunu sərbəst şəkildə özü müəyyənləşdirir.

Bu yaxınlarda Türkiyənin Milli Müdafiə naziri cənab Yaşar Gülər ​​ilə çox səmərəli görüş keçirdim. Bu görüş zamanı biz əməkdaşlığın praktiki istiqamətlərini müzakirə etdik. Türkiyə tərəfi Qara dənizin minalardan təmizlənməsində iştirak etməyə hazır olduğunu təsdiqləyib. Bundan əlavə, quru ərazilərdə humanitar məqsədli minalardan təmizləmə istiqamətində təkliflərdə ayrıca müzakirə olunur. Bu məsələ insanların təhlükəsizliyi, infrastrukturun yenidən qurulması və işğaldan azad edilmiş ərazilərdə normal həyata qayıtmaq üçün mühüm əhəmiyyət kəsb edir. Biz Ankaranın bu məsələdə konkret və qətiyyətli yanaşmasını ürəkdən alqışlayırıq.

Sentyabrın 4-də Parisdə “Könüllülər Koalisiyası”nın zirvəsi keçirildi. Bu gündən etibarən 26 ölkə Ukraynaya təhlükəsizlik zəmanətləri sistemi çərçivəsində qoşun göndərməyi mümkün variant kimi nəzərdən keçirdiklərini açıqlayıb. Türkiyə də bu koalisiyanın üzvüdür və onun töhfəsini gözləyirik; təhlükəsiz Ukrayna daha təhlükəsiz Qara dəniz regionu və daha möhkəm regional struktur deməkdir.

Eyni zamanda, bir şeyi xüsusilə vurğulamaq istəyirəm: Biz Türkiyə adından bəyanatlar vermirik, Ankaranın adından hər hansı qərar elan etmirik. Bu gün müzakirə etdiyimiz şey peşəkar məsləhətləşmələrin mövzusu olan mümkün variantlardır. Müzakirələr davam edir və bu, gündəmdəki məsələlərdən biridir, lakin hələlik yekun qərar verilməyib. Əgər çoxtərəfli səviyyədə müvafiq qərarlar qəbul olunarsa, o zaman biz konkret parametrləri müzakirə edə bilərik.

Bu məsələ reallaşarsa, Putin administrasiyasının mövqeyi necə olacaq? Kreml buna ciddi müqavimət göstərə bilər?

– Rusiya ənənəvi olaraq Ukraynanın təhlükəsizliyini gücləndirən istənilən addıma qarşı çıxıb. Ancaq burada bir əsas həqiqəti başa düşmək çox vacibdir. Regional sabitliyə təhlükə yaradan Ukraynaya verilən dəstək deyil, Kremlin beynəlxalq səviyyədə tanınmış sərhədləri zorla dəyişdirmək cəhdləridir. Ukraynanın müdafiəsini gücləndirən hər bir addım həm də Qara dəniz regionunun təhlükəsizliyini, təchizat zəncirlərini və qlobal iqtisadiyyatı gücləndirir. Bu, həm dövlətlərimizin, həm də tərəfdaşlarımızın ümumi maraqlarına cavab verir.

Həmçinin oxuyun:

Bu sual Prezidentə ilk dəfə verildi: cavabı isə diqqət çəkdi – Sensasion

Nəriman Cəlal

Azərbaycan da uzun illər işğaldan əziyyət çəkib. Hazırda işğal problemi yaşayan ölkələrdən biri də Ukraynadır. Aydındır ki, atəşkəsdən sonra müxtəlif formatlar gündəmə gələcək. Ukrayna ərazisində də bir vaxtlar Qarabağda olduğu kimi, Rusiyanın dəstəklədiyi qondarma rejimlər var. Sizcə, Kiyev necə bir yol xəritəsi müəyyən edəcək?

– Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib. Beynəlxalq hüquq və BMT qətnamələri bu torpaqların Azərbaycana məxsus olduğunu açıq şəkildə təsdiqləyib və beynəlxalq ictimaiyyət də işğalı tanımayıb. Bakı məhz bu hüquqi əsasda öz nəzarətini bərpa etmək üçün qanuni hüququndan istifadə etmişdir. Buradan çıxan ən sadə, lakin ən əsas dərs budur: Müasir dünyada beynəlxalq səviyyədə tanınmış sərhədlərin zorla dəyişdirilməsi qətiyyən yolverilməzdir.

Bu prinsip Ukrayna üçün həyati əhəmiyyət kəsb edir. Biz Rusiyanın Ukraynanın sərhədlərini zorla dəyişdirmək cəhdlərini heç vaxt tanımayacağıq, çünki işğalı qəbul etmək “güclünün haqqı” deyə təhlükəli presedent yaradar və dünyada digər münaqişələri də qızışdırar. Ukraynalılar öz torpaqlarında müdafiə olunmaq üçün müharibə aparırlar. Bizim öz torpaqlarımızdan imtina etməyimiz mümkün deyil, çünki onlar Ukraynanın beynəlxalq səviyyədə tanınmış ayrılmaz tərkib hissələridir. Biz əsgərlərimizin və mülki vətəndaşlarımızın həyatı bahasına son dərəcə ağır hesab ödədik. İşğal olunmuş torpaqlarda hələ də azad olunmağı gözləyən vətəndaşlar var. Bizim onları tərk etməyə mənəvi haqqımız yoxdur.

Ukrayna işğalla mübarizə sahəsində Bakının hansı təcrübəsindən yararlana bilər?

– İşğaldan azadetmə yolu müxtəlif vasitələrdən eyni zamanda istifadəni əhatə edə bilər: hərbi fəaliyyət, diplomatiya, siyasi təzyiq, sanksiyalar, beynəlxalq hüquqi mexanizmlər və keçid dövrü ədaləti elementləri. Bununla belə, təhlükəsizlik təminatlarının arxitekturası, yenidənqurma, minalardan təmizləmə, mülki müdafiə və təzminatlardan ixtisaslaşdırılmış məhkəmələrə qədər təcavüzkarın məsuliyyətə cəlb edilməsi ən azı bir o qədər vacibdir. Yekun məqsəd dəyişməz olaraq qalır: güc məntiqi yox, beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsipləri üstüngəlməlidir. Yalnız bu şəkildə həm Ukraynada, həm də dünyanın başqa yerində oxşar faciələrın təkrarlanmayacağına zəmanət verə bilərik.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Sentyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri