Kiyevdə tanınan azərbaycanlı neyrocərrahdan unikal beyin əməliyyatı AZƏRTAC ın XÜSUSİ REPORTAJI
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Kiyev, 25 dekabr, AZƏRTAC
Ukraynada müharibə şəraitinin yaratdığı çətinliklərə baxmayaraq öz şərəfli həkim peşəsini davam etdirən soydaşlarımız da az deyil Onlardan biri də
Kiyevdə Azərbaycan xalqının və ölkəmizin adını uca tutan tanınan gənc həkim-neyrocərrah Emil Əsgərovdur.
Hazırda Kiyev Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Neyrocərrahiyyə kafedrasının həkimi olan soydaşımız neyrovaskulyar patologiya, neyro-onkologiya, onurğa və onurğa beyninin patologiyası istiqamətləri üzrə fəaliyyətini davam etdirir. O, Ukraynada doğulub böyüməsinə baxmayaraq, vətəni Azərbaycana bağlı bir gəncdir. Təxminən Azərbaycanın müstəqilliyi qədər yaşı var. 1992-ci ilin iyulun 22-də Kiyevdə doğulan soydaşımız Azərbaycana qəlbən bağlı olduğunu gizlətmir. Ona görə də Azərbaycandan gələn xəstələrə öz köməkliyini əsirgəmir.
AZƏRTAC-ın çəkiliş qrupu azərbaycanlı həkimin Bakıdan gələn xəstə Ramil Allahverdiyevin üzərində apardığı ən ağır cərrahiyyə əməliyyatını izləyərək xüsusi reportaj hazırlayıb. Emil Əsgərovun icra etdiyi beyin törəməsi (tümörü) nevrinoma əməliyyatı 5 saata yaxın çəkib.
Həkim AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycandan xəstə ağır diaqnozla Kiyevə gəlib. “Müharibə şəraitinə baxmayaraq xəstə risk edərək yanıma gəlib. Beynində böyük şiş var idi, bütün sinirlər sıxılmışdı, böyük risklər var idi. Bu unikal əməliyyatdır. Əməliyyatın çətinliyi odur ki, sinirlər zədələnə bilər. Sinirlərə toxunulmadan uğurla keçən əməliyyat 5 saat davam edib. Xəstə artıq özünü yaxşı hiss edir. Normal danışır, görmə qabiliyyəti normaldır və yaxşı eşidir. Əməliyyatdan öncə artıq xəstənin görmə qabiliyyəti zəifləmişdi. Bu əməliyyat olunmasa idi, göz sinirləri atrofiya olunardı və görmə qabiliyyətini itirərdi. Mən həmişə müharibənin çətinliyinə baxmayaraq həmvətənlərimizin müraciətlərinə dərhal reaksiya verirəm. Bir azərbaycanlı kimi həmvətənlərimizn sağlamlığını təmin etmək borcumdur”, deyə həkim Emil Əsgərov əlavə edib.
Azərbaycandan gələn pasiyent Ramil Allahverdiyev isə əməliyyatdan sonra AZƏRTAC-a öz fikirlərini bölüşüb.
“Sol ayağım və əlimdə keyimə hiss edirdim. Bildim ki nəsə problem var. Valideynlərim Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstandan neyrocərrahlarla maraqlandılar. Sonda Kiyevdə Emil həkimin yanına gəlmək qərarını verdik. Yolun çətinliyinə baxmayaraq neyrocərrah həkim Emil Əsgərovun yanına gəldik. Şükür əməliyyat uğurla keçib. İndi əlimi, ayağımı normal çalışdıra bilirəm. Fəxr edirəm ki, Ukraynada bu cür soydaşımız olan həkim var. Savadlı həkim soydaşımızın olması mənim üçün fəxirdi. Kənar ölkədə doğma münasibət görürsən”, -deyə Ramil Allahverdiyev bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 25 Dekabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















