Icma.az
close
up
RU
Kobaxidze: “Gürcüstan Avropa İttifaqı ilə danışıqları bərpa etməyə hazırdır”

Kobaxidze: “Gürcüstan Avropa İttifaqı ilə danışıqları bərpa etməyə hazırdır”

Icma.az bildirir, Ayna portalına istinadən.

“Biz ölkənin inkişafı, islahatların aparılması yolunu qətiyyətlə davam etdiririk”

“Gürcüstan Avropa İttifaqı ilə danışıqları bərpa etməyə hazırdır. İndi qərar Brüssel tərəfindən verilməlidir”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Danışıqlar başlamazdan əvvəl ölkənin daha dörd il gözləməli olub-olmaması ilə bağlı suala cavabında Kobaxidze deyib ki, “bu, Avropa İttifaqından asılıdır”.

“İndi bu qərarı vermək Avropa İttifaqının işidir. Biz buna hazırıq. Eyni zamanda, biz ölkənin inkişafı, islahatların aparılması yolunu qətiyyətlə davam etdiririk. Bu yolla ölkə daha böyük tərəqqiyə nail olacaq. Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşdırılması bizim marağımızdadır. Gəlin gözləyək və görək Avropa İttifaqı hansı yanaşmanı seçəcək”, - Kobaxidze bildirib.

Baş nazir “Gürcü Arzusu” hökumətinin Aİ-yə necə müsbət siqnallar göndərdiyini izah etməyib, lakin uğurlu iqtisadi inkişaf və sabitliyə istinad edib.

Bundan əvvəl Kobaxidze danışıqlar üçün şərt kimi Brüsselin rəsmi Tiflisə münasibətinin dəyişməsini göstərmişdi. Kobaxidze həmçinin bildirib ki, münasibətlərdə görünməmiş böhranın yaranmasında “Avropa bürokratları günahkardır”.

Bir həftə əvvəl Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Tiflisdə dinc mitinqdə etirazçıların saxlanmasını pisləyərək “Gürcüstan namizəd ölkə kimi heç bir ümidləri doğrultmur” demişdi. Sanksiya tədbiri olaraq Avropa İttifaqı Gürcüstanın xidməti diplomatik pasportlarına malik olan şəxslərin vizasız gediş-gəlişini dayandırıb.

İki ay yarım əvvəl Kobaxidze bəyan edib ki, Gürcüstan “şantaj ehtimalını aradan qaldırmaq” üçün 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarını dayandırır. O vaxtdan bəri hər gün Tiflisdə və Gürcüstanın digər şəhərlərində etiraz aksiyaları keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 Fevral 2025 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri