Icma.az
close
up
RU
KOBların yaşıl keçidinin təşviqinə və əməkdaşlığa dair sənədlər imzalanıb Fotolar

KOBların yaşıl keçidinin təşviqinə və əməkdaşlığa dair sənədlər imzalanıb Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində KOB-ların yaşıl keçidin təşviqinə və bu sahədə əməkdaşlığına dair sənədlər imzalanıb.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, KOB-lar əksər iqtisadiyyatların onurğa sütununu və qlobal təchizat zəncirinin əsas hissəsini təşkil edir. Buna görə də iqlim dəyişikliyi ilə mübarizə məsələlərində KOB-ların fəaliyyəti də önəmlidir. KOB-ların yaşıl keçidi onların rəqabət qabiliyyətini və yeni bazarlara çıxış imkanlarını artırmaqla, dayanıqlı inkişafı təşviq edir.

Mavi Zonada təşkil olunmuş imzalanma mərasimində “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” imzalanması üçün beynəlxalq qurum və təşkilatlara açıq elan edilib. İlk olaraq, bəyannaməni Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Beynəlxalq Ticarət Mərkəzi (ITC - ay-ti-si) və Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE) imzalayıblar.

Qeyd edək ki, KOBİA-nın təşəbbüsü ilə hazırlanmış “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” qlobal səviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi və bu sahədə əməkdaşlığın qurulması məqsədini daşıyır.

Bəyannamə kiçik bizneslərə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, yaşıl maliyyəyə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi öhdəliyini götürür.

Həmçinin KOBİA, ITC və SEBRAE arasında “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”ndən irəli gələn məsələlərə, KOB-ların yaşıl keçidinin asanlaşdırılması üzrə birgə əməkdaşlığa dair sənədlər də imzalanacaq.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Noyabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see198

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see194

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see165

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see150

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see147

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see141

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see138

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see133

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see132

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see132

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see131

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see130

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see128

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see128

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see127

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see123

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see119

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri