Icma.az
close
up
RU
Koçaryanın ekstradisiyası: Bakı hansı konvensiyaya istinad edə bilər?

Koçaryanın ekstradisiyası: Bakı hansı konvensiyaya istinad edə bilər?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rüstəm Qaraxanlı yazır...

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsini izləyərkən belə bir maraqlı nüans diqqəti cəlb edir: ifadə verən separatçılar hər vəchlə Robert Koçaryandan uzaq durmağa çalışırlar. İnanmaq əbəs və gülüncdür, bu, öz yerində. Ancaq səbəb nədir?

Arkadi Qukasyan Koçaryan dövrünün "xarici işlər naziri", sonra isə "DQR"in rəhbəri olub. Ancaq elə danışır, elə bil Koçaryanı həyatında cəmi bir neçə dəfə görüb. Qukasyandan sonra növbəti "prezident" olmuş Bako Saakyanın Koçaryandan aralı durmaq cəhdi də istehza doğurur. Axı ən azı onlarla fotosübut var ki, hamısı bir yerdədirlər, üstəlik, dünyaca məşhur terrorçu Monte Mekonyan da yanlarında.

Güman ki, mühakimə olunan şəxslər Bakının Koçaryan-Sarqsyan ikilisini İrəvandan tələb etmə ehtimalını və bu qərarından vaz keçməyəcəyini yaxşı anlayırlar. Robertlə Serjin çıxış və müsahibələrində törətdiklərini faktiki olaraq etiraf etmələri, hətta bundan fəxarət duyduqlarını demələri Azərbaycan üçün onların ekstradisiyasına danılmaz əsaslar yaradır. Hakim qarşısına çıxarılan şəxsləri narahat edən əsas təhlükə də məhz budur.

1957-ci il dekabrın 13-də Parisdə imzalanmış "Ekstradisiya haqqında" Avropa Konvensiyası qitə dövlətlərinin cinayətkar şəxsləri bir-birinə təhvil vermə prosesini tənzimləyən əsas hüquqi sənəddir. Ermənistan bu konvensiyaya 25 aprel 2002-ci ildə qoşulub. Təqribən bir ay sonra - mayın 17-də isə Azərbaycan. Ermənistan rəhbərliyinin adekvat və sivil, bəşəri ideyalardan çıxış etməsi təqdirində Koçaryanla Sarqsyanı, habelə Azərbaycan ərazisində hərbi cinayətlər törətmiş digər şəxsləri bu konvensiya əsasında Bakıya təhvil verməsi mümkündür.

Bu kimi problemlərin həlli ilə bağlı mövcud olan digər beynəlxalq əhəmiyyətli sənəd 21 mart 1983-cü ildə qəbul edilmiş "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasıdır. Azərbaycan bu konvensiyaya 12 dekabr 2000-ci ildə, Ermənistan isə 1 sentyabr 2001-ci ildə qoşulub. Daha bir sənəd - "Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında Konvensiya" isə MDB daxilində dövlətlər arasında mövcud ola biləcək bu qəbildən mübahisələrin həlli prosesini tənzimləyir. Son iki sənəd Azərbaycanın erməni canilərini şərti mühakimə etməsi halında işə salına bilər. Bir sözlə, Azərbaycanla Ermənistanın şərti ekstradisiya əməliyyatını həyata keçirmələri üçün hər iki tərəfin də qoşulduğu normativ-hüquqi sənədlər mövcuddur.

Ancaq Avropa Konvensiyasına görə, əgər cinayət törətməkdə təqsirləndirilən şəxsi tələb edən tərəf onun günahkar olduğunu sübut edən tutarlı arqumentlər təqdim edirsə, axtarılan şəxsin gizləndiyi və ya yaşadığı dövlət onu (və ya onları) təhvil verə də bilər, verməyə də. Təbii ki, yerli konstitusiyanın təsir gücü beynəlxalq hüquqdan üstün olduğundan cinayət əməllərində şübhəli bilinən şəxsin olduğu dövlət öz ana qanununa üstünlük verərək tələbi geri çevirə də bilər. Yəni faktiki olaraq, konvensiyanın hansısa MƏCBURETMƏ rıçaqları mövcud deyil. Eyni zamanda, tələb edən və təhvil verməli, yaxud imtina etməli olan tərəflərin hər ikisinin də sözügedən konvensiyaya qoşulmaları, sadəcə, ehtiyac yaranarsa, prosesin hüquqi tənzimlənməsini həyata keçirməyə yardımçı funksiyanı daşıyır. Yəni bizim halda, Azərbaycanla Ermənistan arasında bu məzmunlu ikitərəfli anlaşmanın da olması arzuolunan şərtlərdən biridir. Bu halda ekstradisiya mütləq şəkildə həyata keçirilir.

Hərçənd praktikada elə hallar olub ki, ekstradisiya üçün tərəflər arasında ikitərəfli müqavilə olmayıb. Məsələn, 1 dekabr 1988-ci ildə atası Şuşadan olan erməniəsilli Pavel Yakşiyants Orconikidzedə uşaqları avtobusda girov götürərək sovet hökumətindən xaricə qaçmaq üçün təyyarə tələb edib və istədiyinə nail olaraq, İsrailə qaçıb. Orada, təbii ki, həbs edilib, sonra isə Təl-Əviv Moskvanın ekstradisiya xahişini müsbət cavablandıraraq, onu geri qaytarıb. Halbuki həmin anda ölkələr arasında ikitərəfli müqavilə olmayıb. Ekspertlərə görə, ekstradisiyanı hətta iki ölkə arasında diplomatik münasibətlərin olmaması halında da həyata keçirmək olar, yetər ki, istək olsun.

Ermənistan qanunvericiliyinə görə, xarici ölkələrdən hər hansı birinin onun ərazisində olan və cinayətdə təqsirləndirilən şəxsi verməsi üçün bir sıra ŞƏRTLƏR var: Birincisi, veriləcək şəxsin təqsirləndirildiyi cinayət əməli Ermənistanda da eynilə ağır hesab edilməlidir. İkincisi isə təhvil verilən şəxslər xarici vətəndaşlar olmalıdırlar. Ermənistan öz vətəndaşlarını vermir və ən əsası, DİQQƏT: İrəvan erməni milliyyətindən olan şəxsləri ekstradisiya etmir. Belə olan halda Koçaryanla Sarqsyanı Ermənistandan necə almaq olar?

1998-ci ildə Levon Ter-Petrosyanı məxməri çevrilişlə devirən Koçaryanın Ermənistan prezidenti vəzifəsinə seçilməsi onun son 10 ili ölkədə yaşamaması və vətəndaş olmaması səbəbindən mümkünsüz görünürdü. Ermənistan konstitusiyasına görə, prezident olmaq istəyən şəxs ən azı son 10 ildə ölkədə yaşamalıdır. Koçaryan isə Azərbaycan SSR-də dünyaya gəlmişdi, bəzi mənbələrə görə, Daşkəsən rayonunda, özünün yazdığına əsasən isə - Xankəndidə. O vaxt bu maneəni ölkə konstitusiyasının preambula hissəsinə istinadla "aşmaq" mümkün oldu. Belə ki, 1 dekabr 1991-ci il tarixli müstəqillik bəyannaməsinə görə, Ermənistan Respublikası ilə ovaxtkı Dağlıq Qarabağ "birləşmək qərarı"na gəlmişdilər. Koçaryanı da prezident etmək istəyənlər məhz buna əsaslandılar: əgər Ermənistanla keçmiş Dağlıq Qarabağ "vahid dövlətdir"lərsə, onun prezident seçilməsinə maneə qalmır.

Üstündən düz 26 il keçəndən sonra Paşinyan hökuməti işğalçı yükünü üzərindən atmaq və konstitusiyanın Azərbaycana qarşı ərazi iddiasında olmadığını göstərmək üçün Konstitusiya Məhkəməsinin xüsusi qərarı ilə bəyannaməni qanundankənar elan etdi. Məhz bu qərar Koçaryanın 1998-ci ildə prezident seçilməsini qeyri-legitim edir və Ermənistanın onu Azərbaycana ekstradisiya etməsinə əsaslar yaradır: əgər o, Ermənistan vətəndaşı deyildisə, onda haranın vətəndaşı idi? Əgər İrəvan Qarabağı Azərbaycan ərazisi olaraq tanıyırsa və Koçaryan da Daşkəsən, yaxud Xankəndidə, - bunun o qədər də əhəmiyyəti yoxdur, - doğulubsa, keçmiş Dağlıq Qarabağda yaşayıb, mülki əhaliyə qarşı cinayətləri burada törədibsə, qanuni dövlət quruluşuna zidd fəaliyyət göstəribsə, deməli, müvafiq olaraq Azərbaycanın da vətəndaşıdır.

Bakıda hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi başlayanda Ermənistanın praqmatik düşünə bilmək qabiliyyətində olan azsaylı ekspertləri prosesin tədricən eks-prezidentlər Robert Koçaryan və Serj Sarqsyanadək uzanacağını proqnozlaşdırırdılar. Bu, erməni cəmiyyətinin əksər hissəsi üçün bəlkə də, qeyri-adi görünə bilər, ancaq Koçaryanla Sarqsyanın Azərbaycan xalqının soyqırımının əsas fiqurları olduqlarını Ermənistanda da yaxşı bilənlər var. Ötən həftə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev rəsmi İrəvanı məhkəmə prosesinə yardım etməyə çağırmaqla ad çəkmədən məhz bu məqama eyham vurdu: Ermənistanda hərbi cinayətlər törətmiş şəxslər var. Özü də söhbət yalnız Koçaryanla Sarqsyandan getmir. Elə həmin Vitali Balasanyan Xocalı dəhşətinin mərkəzi fiqurlarındandır. Yaxud Livan ermənisi Jirayr Səfilyan Şuşanın işğalında aparıcı rollardan birinin ifaçısı olub. Onun indinin özündə də Ermənistan vətəndaşlığı yoxdur.

Bu şəxslər Paşinyanın özü üçün də siyasi ballast, onun hakimiyyəti və islahatlarına təhlükədirlər. Paşinyan ötən illər ərzində onları məhkəmələr vasitəsilə sıxışdırmaq cəhdləri göstərib və bu proseslərin bitməməsi ona dəlalət edir ki, "İcevan tülküsü" inadından dönməyəcək. Hazırda Sarqsyana ölkəni tərk etmək qadağası qoyulub. Üzərində milyonluq yeyintilər var. Koçaryan 2008-ci ilin 19 fevral seçkisinin nəticələrinə etiraz edən kütləyə qarşı silah işlətməkdə təqsirləndirilir. Onun əmri ilə Qarabağdan İrəvana gətirilmiş hərbçilər mülki vətəndaşları qətlə yetiriblər. Səfilyan Ermənistanda bütün hakimiyyətlərə qarşı təhdiddir, təsadüfi deyil ki, ona nə Koçaryan, nə Sarqsyan hakimiyyətlərində belə vətəndaşlıq verilib. Balasanyan isə o qədər də çəkili fiqur deyil ki, Paşinyan ona görə Bakı ilə münasibətləri gərginləşdirsin. Odur ki, özünü dünyaya sülh tərəfdarı kimi göstərən Paşinyan Ermənistanın işğalçı keçmişindən qaçmaq istəyirsə, caniləri də təhvil vermək üçün iradə və cəsarətə malik olmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Mart 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri