Icma.az
close
up
RU
“Köçəryan və digərlərinin Azərbaycana qarşı cinayətlərinə görə cavab verəcəkləri gün uzaqda deyil” Politoloq

“Köçəryan və digərlərinin Azərbaycana qarşı cinayətlərinə görə cavab verəcəkləri gün uzaqda deyil” Politoloq

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

“Ermənistanın sabiq prezidenti Robert Köçəryan Rusiya ilə olan əlaqələrini, bağlantılarını gizlətmək istəmir, əksinə, daha qabarıq şəkildə Rusiyaya meyilli olduğunu sübuta yetirir. Hazırkı hakimiyyətin tənqidi prizmasından çıxışları ilə yanaşı, birbaşa olaraq yeganə çıxış yolunun, təhlükəsizlik təminatçısının Rusiyanın olmasına dair işarələr də özünü göstərməkdədir”.

Bu barədə 525.az-a politoloq İlyas Hüseynov Ermənistanın ikinci prezidenti Köçəryanın erməni mediasına müsahibəsini şərh edərkən deyib.

“Heç kimə sirr deyil ki, Köçəryan uzun illər ərzində taladığı vəsaitlə Rusiyada özünə biznes formalaşdırıb. O, bir tərəfdən Rusiyada öz biznes maraqlarını təmin etmək, digər tərəfdən Rusiyanın əli ilə Nikol Paşinyanı devirərək hakimiyyətə gəlmək maraqlarını da gizlətmir. Çox hiyləgər, eləcə də hakimiyyət düşkünü olan Robert Köçəryan müxtəlif vasitələrlə öz məqsədlərinə çatmaqda maraqlıdır. Bir müddət öncə müxtəlif koalisiyalar, bloklar yaradaraq keçmiş Qarabağ klanının üzvlərini və Daşnaksütyun partiyasını yanına toplayaraq Paşinyan əleyhinə fəaliyyəti icra edirdisə, bu gün sanki meydanda tək qalıb, müxtəlif yollarla öz təhlükəsizliyini təmin etməyə çalışır”, - politoloq söyləyib.

Onun sözlərinə görə, Bakıdakı “Nürnberq prosesi” (Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi - red.) həm də Robert Köçəryan, Serj Sarkisyan və əli azərbaycanlıların qanına batmış digərlərinin də məsuliyyətini formalaşdırır: “Hesab edirəm ki, çox yaxın gələcəkdə Azərbaycana qarşı törədilmiş hər bir cinayətə görə Köçəryan və ona bənzər şəxslər cavab verəcəklər və o gün uzaqda deyil”.

Qeyd edək ki, Köçəryan müsahibəsində Rusiya ilə strateji münasibətlərin bərpa edilməsini önə çıxarıb, qeyd edib ki, Rusiyanı təcrid etməyə çalışanlar özlərini təcrid edirlər. Eyni zamanda, Ermənistanın Aİ ilə yaxınlaşmasını da sərt tənqid edib. Bildirib ki, Avropa Ermənistanın təhlükəsizlik məsələsini həll edə bilməz, bunu düşünmək sadəcə sadəlövhlükdür.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 20 May 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri