Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Köhnə hesablar, yeni duel

Köhnə hesablar, yeni duel

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ı Niderlandın köklü “Tvente” klubu gözləyir. Qurban Qurbanovun rəhbərlik etdiyi “köhlən atlar” qitənin üçüncü dərəcəli turnirində əsas mərhələyə adlamaq üçün bu səddi aşmalıdır. Cütün ilk qarşılaşması avqustun 20-də, cavab dueli isə avqustun 27-də Bakıda keçiriləcək.

“Tukkerlər”in təməli

Klubun bünövrəsi 1965-ci ildə Ensxede şəhərinin iki tarixi komandası, “Sportklub” və “Ensxedeze Boyz”un birləşməsi ilə qoyulub. Şəhərin futbol salnaməsi isə daha zəngindir. Ensxedeyə ilk Niderland çempionluğunu hələ 1926-cı ildə “Sportklub” qazandırıb.

Yerli azarkeşlər arasında regionun adından irəli gələrək “tukkerlər” və ya “qırmızı-ağlar” ləqəbi ilə tanınan kollektiv rəqiblərini 30,205 azarkeş tutumuna sahib Qrols Veste stadionunda qəbul edir.

“Transfermarkt” portalının son göstəricilərinə əsasən, “Tvente”nin heyətinin ümumi transfer dəyəri təxminən 87.85 milyon avro təşkil edir. Komanda xüsusilə çoxmillətli tərkibi ilə diqqət çəkir. Burada yerli oyunçularla yanaşı, Avropa, Amerika, Afrika və Asiyanın 15-dən çox ölkəsindən olan futbolçular yer alırlar. Komandada kapitanlıq sarığı isə İndoneziya millisinin müdafiəçisi Mees Hilgersə həvalə olunub.

Avropadakı izlər

“Tvente”nin muzeyində Niderland futbolunun ən dəyərli kubokları sərgilənir. Klub tarixinin ən böyük zəfərini 2009/10 mövsümündə Stiv Maklarenin rəhbərliyi altında qazanıb və yeganə Erediviziya çempionluğuna sahib çıxıb. Bundan əlavə, “qırmızı-ağlar” 3 dəfə Niderland Kubokunu, 2 dəfə isə ölkə Superkubokunu muzeylərinə aparıblar.

Avropa arenalarında da özünəməxsus reputasiyası olan Ensxede təmsilçisi 1974/75 mövsümündə UEFA Kubokunun finalına qədər irəliləyib. Həmin vaxt “Yuventus” kimi nəhəngləri mübarizədən kənarlaşdıran komanda yalnız həlledici matçda Münhenqladbax “Borussiya”sına yenilərək gümüş medallarla kifayətlənib.

Böhran və dirçəliş

Klubun 2010-cu illərin əvvəlindəki uğurlarının pərdəarxası ciddi idarəçilik böhranı ilə müşayiət olunurdu. 2014/15 mövsümündə maliyyə bataqlığına düşən klub “Doyen Sports” fondu ilə bağladığı qanunsuz müqavilələrə görə böyük cərimələr, xal silinməsi və 3 illik avrokubok qadağası ilə üzləşdi.

İdarəetmə xaosu və kütləvi ixtisarlara tab gətirə bilməyən Ensxede təmsilçisi 2017/18 mövsümündə sonuncu yeri tutaraq 34 ildən sonra ilk dəfə elitanı tərk etdi, lakin cəmi bir mövsüm alt divizionda qalan “qırmızı-ağlar” dərhal Erediviziyaya qayıdaraq yeni dirçəliş yoluna qədəm qoydular.

Elitaya qayıtdıqdan sonra dərhal toparlanan Niderland təmsilçisi son mövsümlərdə çempionatın ən stabil kollektivlərindən birinə çevrilib. 2021/22 mövsümünü 4-cü, növbəti mövsümü 5-ci pillədə başa vuran “tukkerlər” yüksəlişin kulminasiya nöqtəsinə 2023/24 mövsümündə çataraq fəxri 3-cü yeri tutdu.

Komandanın “sükanı arxasında” 2025/26 mövsümündən bəri təcrübəli niderlandlı mütəxəssis Con van den Brom dayanır. Sabiq yarımmüdafiəçinin rəhbərliyi altında komanda 38 oyun keçirib, bunlardan yalnız 18-i qələbə ilə nəticələnib. Bu dövrdə 6 dəfə məğlub olan komandanın 14 heç-heçəsi var və ümumi oyun sayına nisbətdə qələbələri 50%-dən aşağıdır. Komanda bu matçlarda 68 qol vurub, 40-nı buraxıb. Mütəxəssisin “Tvente”dəki xal ortalaması 1.79-dur.

Nəhənglərlə sınaq

Niderland təmsilçisi avrokuboklarda kifayət qədər təcrübəli və təhlükəli rəqib olduğunu son mövsümlərdə aydın göstərib. “Tukkerlər” 2024/25 mövsümündə Avropa Liqasının yeni formatlı liqa mərhələsində “Mançester Yunayted” (1:1), “Fənərbağça” (1:1) və “Nitsa” (2:2) kimi nəhənglərlə heç-heçə etmiş, “Beşiktaş” (1:0) və “Malmö”yə (3:2) qalib gələrək 23-cü pillədə pley-off mərhələsinə adlamağı bacarmışdılar.

Niderland klubunun bu mövsümkü avrokubok macərası isə Avropa Liqasının II təsnifat mərhələsindən başlayıb. Macarıstanın “Ferentsvaroş” komandasına iki oyunun nəticəsinə görə gərgin mübarizədə məğlub olan (evdə 1:2, səfərdə 2:2) Ensxede təmsilçisi yoluna Konfrans Liqasında davam etməli olub.

III təsnifat mərhələsində Slovakiyanın “DAK 1904” klubu ilə qarşılaşan Con van den Bromun yetirmələri cütün taleyini elə ilk oyundaca həll ediblər. Öz meydanında rəqibini 6:0 hesabı ilə darmadağın edən “Tvente” səfərdəki cavab matçında zəngin qollu heç-heçəyə razılaşaraq (3:3) rahatlıqla pley-off mərhələsinə adlayıb.

Tarix təkrarlanır?

“Tvente” Azərbaycan klubları arasında xüsusilə “Qarabağ” üçün yad rəqib deyil. Bu iki komandanın avrokuboklardakı yolları daha əvvəl iki dəfə, hər ikisi Avropa Liqasının pley-off mərhələsində kəsişib.

2009/10 mövsümündə, Ağdam təmsilçisinin avrokuboklarda yeni-yeni formalaşdığı dövrdə baş tutan ilk duel Niderland təmsilçisinin üstünlüyü ilə bitmişdi. Səfərdə 1:3 hesabı ilə uduzan “Qarabağ” Bakıdakı cavab matçında qolsuz bərabərliyə razılaşaraq (0:0) turnirlə vidalaşmışdı.

2014/15 mövsümündəki qarşılaşma Azərbaycan futbolu tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Bakıda keçirilən ilk oyunda qapılara qol vurulmadı (0:0). Ensxededəki gərgin cavab matçında isə Muarem Muaremin vurduğu unudulmaz qol sayəsində 1:1 hesablı bərabərlik əldə edən “Qarabağ” səfər qolu qaydasına əsasən “Tvente”ni yarışdan kənarlaşdırdı. Qurban Qurbanovun komandası bu zəfərlə tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbolunda yeni dövrünün əsasını qoydu.

Bundan əlavə, tərəflər 2025-ci ilin iyul ayında təlim-məşq toplanışı çərçivəsində də yoldaşlıq matçında üz-üzə gəliblər və həmin sınaq görüşü “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Avqustun 20-də başlayan yeni duel yalnız Konfrans Liqasında liqa mərhələsinə vəsiqə uğrunda mübarizə deyil, həm də iki köklü klubun avrokuboklardakı növbəti prinsipial qarşıdurması olacaq.

Ayxan Zayıdzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 14 Avqust 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri