Icma.az
close
up
RU
Köhnə müharibə, dəyişən paradiqmalar

Köhnə müharibə, dəyişən paradiqmalar

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Dediyim kimi: "Dünyanın bugünkü acı reallığı göz qabağındadır:

HƏR KƏS MÜHARİBƏDƏ QALİB GƏLMƏK İSTƏYİR, HEÇ KƏS MÜHARİBƏYƏ QALİB GƏLMƏK İSTƏMİR".

Azərbaycanın 2020-ci ildə göstərdiyi nümunə var: müharibəyə... müharibə ilə qalib gəlmək. Bunu tarix hələ çox yazacaq, çünki bu müharibə tarixə yazıldı. Buna qədər Azərbaycan özünün heç vaxt istəmədiyi, ancaq məruz qaldığı müharibəni danışıqlarla - sülhlə bitirmək istədi. Bunun üçün onillərlə vaxt sərf olundu. Hətta danışıqlarda vasitəçilik edən böyük dövlətlər də çalışırdı, vaxtı qəsdən uzatsın, zaman keçsin, yeni nəsillər yetişsin, Laçını, Şuşanı, Kəlbəcəri tanımayanvə ya tanısa da, unudacaq bir yeni Azərbaycan formalaşsın, sonrası sonra. Ancaq buna fürsət vermədik. Birinci şəxsən on milyonuncuya qədər hamılıqla deyirdik: "Danış-danış, bu da bir yerə qədər!" Yəni biz 2020-ci iı sentyabrın 27-ə qədər danışırdıq, danışa-danışa da ordu qururduq, ordu qura-qura da, çalışırdıq bu işlər qansız bitsin. Ən son məqama qədər qarşı tərəfə fürsət verdik, özü çəkilib getsin, olmadı. Beləliklə, biz Azərbaycan olaraq müharibəyə müharibə ilə cavab verdik. Çünki bizim ən son sülh çağırışlarımıza da qarşı tərəf müharibə ilə, hətta "yeni torpaqlar üçün yeni müharibə" ilə cavab verdi. Artıq bıçaq sümüyə dirənəndə müharibə üzərində qələbə üçün müharibə etməli olduq. Bu baxımdan, Ukraynanın Rusiyaya qarşı apardığı müharibə də müqəddəs müharibədir, çünki təcavüzkara qarşı döyüşür. Hərçənd bu, həm də Ukraynanı müdafiə edənlərin müharibəsidir. Məqsəd, sadəcə, Ukraynanı dəstəkləmək deyil, əsas məqsəd Risiyaya qarşı döyüşən Ukraynanı dəstəkləməkdir. İstənilən halda Ukraynanın çox da mütənasib olmayan resurslarla Rusiyanın qarşısında dirəniş göstərib, duruş gətirə bilməsi təqdir qazandı, hım də müharibənin ilk günlərindən.

Ukraynalı jurnalist Dmitri Qordonun bu ilin iyulunda Azərbaycan prezidentinə verdiyi məlum suala məşhur cavabı xatırlamağa dəyər. Azərbaycan dövlətinin başçısı Ukraynalılara hərbi təcavüzlə, işğalla barışmamaq tövsiyəsini vermişdi. Bax, elə bu yerdə ABŞ prezidenti Donald Trampın ikinci dəfə hakimiyyətə gələndən sonra tutduğu və ifadə etdiyi mövqelərə baxaq. Əvvəlcə Tramp Putinə reveranslar elədi, onu danışıqlar masasına oturtmaq üçün Moskvaya hər cür güzəşt anonsları, barışıq siqnalları göndərdi. Hətta Ukraynanı "təcavüzkar", Ukrayna prezidentini "diktator" belə adlandırdı. Hətta Ukraynadan tələb olundu ki, işğal olunmuş əraziləri Rusiyaya güzəştə getsin, təki müharibə dayansın. Eləcə də, Tramp Putini Alyaskada ayaqda alqışladı. Ancaq prezident Tramp növbəti dəfə (daha əvvəl dəfələrlə) Putindən məyus olduğunu bildirdi. Budur, artıq mövqe dəyişib; Vaşinqton Ukraynaya öz ərazilərini geri qaytarmaq üçün kart-blanş verir. Eləcə də, Rusiyanın dərinliklərinə zərbə endirmək qadağasımı da qaldırır. Düşünün: dünən Ukraynadan ərazilərinin bir qismini Rusiyaya vermək tələb olunurdusa, bu gün o ərazilərin geri alınması tövsiyə edilir. Bəs Azərbaycan ilk gündən nə demişdi?! Demişdi ki, Ukraynanın beynəlxalq müstəvidə hamılıqla tanınmış sərhədlərini, ərazi bütövıüyünü tanıyır. Nə demək idi bu?! O demək idi ki, Rusiya Ukraynaya məxsus olan Krım Respublikasını, eləcə də, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini öz ərazisinə ilhaq etsə də - rəsmən öz tərkibinə qatdığını bəyan etsə də, Azərbaycanbu ilhaqı tanımır və həmin ərazi vahidlərinin Ukraynaya məxsusluğunu təsdiq edir. Bunun kulminasiyası isə Azərbaycan prezidentinin Ukraynalı jurnalist vasitəsilə Ukraynalılara "işğalla barışmamaq" məsləhəti olmuşdu. Azərbaycanın bu cür ardıcıl və ədalətli mövqeyi fonunda ABŞ-ın gah Kiyevdən torpaq güzəşti tələb etməsi, gah da Ukraynalılara: "Ərazinizi geri qaytarın" deməsi çox düşündürücüdür. Deməli, ABŞ bu gün Azərbaycanın dediyinə (həm də əvvəldən indiyədək dediyinə) indi gəlir. Deməli, dünyada böyük güc olmaq əslində əsl ədaləti təmsil etmək anlamına gəlmir. Böyük siyasi, iqtisadi, hərbi gücə sahib olmaqla deyil məsələ. Göründüyü kimi, güclü olan həmişə haqlı olmur, ancaq haqlı olan həmişə güclüdür. Ukraynadakı bugünkü durum Azərbaycanın bu məsələyə münasibətdə həmişə haqlı olduğunun isbatıdır. Əgər rəsmi Bakı haqlının deyil, güclünün yanında yer alsaydı, əvvəldən axıra Rusiya ilə birlikdə olardı və ya heç olmasa, neytral qalardı. Azərbaycan bu kontekstdə və öz nümunəsində bir mühüm gerçəyi bir daha ortaya qoydu: Xeyirlə Şər arasında neytral qalmaq olmaz. Bu, qlobal miqyasda belə paradiqmanı dəyişir. Başqa sözlə, böyük dövlət olmaq hələ böyük güc olmaq deyil. Balaca dövlət də böyük gücə çevrilə bilər. Ağlın, ədalətin və iradənin gücünə dayanaraq...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 Sentyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri