Icma.az
close
up
RU
Köhnə ssenari işə yaramır: Bu üsullar iflasa məhkumdur

Köhnə ssenari işə yaramır: Bu üsullar iflasa məhkumdur

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Bunu Ölkə.az-a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Azərbaycan isə bütün qonşuları ilə, o cümlədən Rusiya ilə normal, mehriban və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı olduğunu dəfələrlə nümayiş etdirib. “Bakı dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinə, suverenliyə hörmətə və qarşılıqlı maraqların nəzərə alınmasına üstünlük verir. Lakin təəssüf doğuran məqam odur ki, zaman-zaman qonşu ölkələrdən Azərbaycanın bu siyasətinə adekvat olmayan yanaşmaların şahidi oluruq”, - o vurğulayıb.

O əlavə edib ki, son günlər Rusiyada Azərbaycan əleyhinə səsləndirilən bəzi fikirlər artıq adi siyasi polemika və tənqid çərçivəsini aşaraq təhlükəli çağırışlar səviyyəsinə çatıb: “Aparıcı, jurnalist İvan Knyazev, siyasi məsləhətçi və media “eksperti” Semyon Uralov, həmçinin televiziya jurnalisti və müxbiri, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevin Azərbaycan dövlətinə qarşı zorakılığa, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına çağırışlar artıq siyasi fikir və ya “ekspert rəyi” kimi təqdim edilə bilməz. Belə çağırışlar dövlətlərin suverenliyinə və təhlükəsizliyinə toxunan məsələdir.

Özlərini “ekspert” adlandıran bu şəxslərin Azərbaycan haqqında səsləndirdiyi fikirlər isə əslində onların Azərbaycan reallığını nə qədər düzgün qiymətləndirdiklərini göstərir. Onların ritorikası “it hürər, karvan keçər” misalını xatırladır. Çünki Azərbaycan artıq həmin mərhələni çoxdan geridə qoyub”.

Deputat onu da qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl, uzaqgörən və qətiyyətli siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb. “Bu reallığın əsas istiqaməti qarşıdurmanın davam etdirilməsi deyil, sülhün, təhlükəsizliyin, sabitliyin və regional əməkdaşlığın təmin edilməsidir.

Azərbaycanın mövqeyi dəfələrlə ortaya qoyulub: Bakı heç bir qonşusu ilə qarşıdurma istəmir. Əksinə, Azərbaycan regionda bütün dövlətlərlə normal və qarşılıqlı faydalı münasibətlərin qurulmasında maraqlıdır. Amma normal münasibətlər birtərəfli ola bilməz. Bir dövlət qonşusunun suverenliyinə hörmət edirsə, qarşı tərəfdən də eyni yanaşmanı gözləmək onun tam hüququdur. Dövlətlərarası münasibətlərdə təhdid dili, zorakılığa çağırış və ərazi bütövlüyünə qarşı ritorika heç bir halda münasibətlərin inkişafına xidmət edə bilməz”, - o vurğulayıb.
M. İbrahimqızı bildirib ki, Azərbaycan xalqı da kimin hansı məqsədlə danışdığını yaxşı anlayır:

“Cəmiyyət artıq müxtəlif dövrlərdə Azərbaycana qarşı aparılan təzyiq və təxribat kampaniyalarının dəfələrlə şahidi olub. Bu gün Azərbaycan cəmiyyəti dövlətçilik məsələlərində daha həmrəy və daha ayıqdır. Ona görə də kimlərinsə Moskvada, yaxud başqa bir yerdə Azərbaycan haqqında təhlükəli ssenarilər səsləndirməsi ölkədə siyasi xaos və ya parçalanma yaradacaq düşüncəsi tamamilə əsassızdır. Əksinə, belə çağırışlar Azərbaycan cəmiyyətində dövlətçilik ətrafında həmrəyliyi daha da gücləndirir.

Ən başlıcası isə budur ki, Azərbaycan artıq öz taleyini başqalarının qərarlarına həvalə edən ölkə deyil. Rusiya da daxil olmaqla bütün qonşular üçün ən düzgün yol Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında normal münasibətləri inkişaf etdirməkdir. Çünki Azərbaycanla qarşıdurmadan heç bir tərəf qazana bilməz.

Əksinə, qonşu dövlətə qarşı təxribatçı ritorikanın gücləndirilməsi ilk növbədə belə siyasətin müəlliflərinə zərər vurur və dövlətlərarası münasibətlərə inamı sarsıdır”.

Mürtəza
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Avqust 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri