Icma.az
close
up
RU
Köhnə yerə yeni adət... Futbol üzrə Premyer Liqa ilk dəfə üçdövrəli formatda keçiriləcək

Köhnə yerə yeni adət... Futbol üzrə Premyer Liqa ilk dəfə üçdövrəli formatda keçiriləcək

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Futbol üzrə Premyer Liqada mövsümün başa çatmasına çox qalmayıb. “Qarabağ”ın çempionluğuna şübhə etmək olmur. Əsas məsələ avrokuboklara vəsiqə əldə edəcək digər üç komandanın və aşağı liqaya düşəcək klubun adının müəyyənləşməsidir. “Araz-Naxçıvan”, “Zirə”, “Turan Tovuz” və “Sabah” Avropa klub tirnirlərinə vəsiqə qazanmağa çalışır. Aşağı liqaya isə böyük ehtimalla “Kəpəz” və ya “Səbail” yola düşəcək.

Bizimyol.info xəbər verir ki, futbol üzrə Premyer Liqanın növbəti mövsümü ilk dəfə üçdövrəli formatda baş tutacaq. Əslində, klubların sayının 12-yə çatdırılması bir müddət əvvəl elan olunmuşdu. Sadəcə, format və reqlament məsələsi açıq qalırdı. AFFA İcraiyyə Komitəsinin növbəti iclası məsələlərə aydınlıq gətirib.

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümü ilə bağlı qərara alınıb ki, 12 komanda üçdövrəli sistemdə mübarizə aparsın. Klublar əvvəlcə bir-biri ilə bir dəfə “ev”də, bir dəfə isə səfərdə qarşılaşacaq. Üçüncü dövrədəki qarşılaşmalarda meydan sahibi püşklə müəyyənləşəcək.

Bu mövsüm yüksək liqada sonuncu yeri tutan komandaya güzəşt olunmayacaq. Həmin kollektiv aşağı liqaya yuvarlanacaq. Əvəzində “aşağı”dan gözləniləndən daha çox – 3 klub gələcək. Eyni zamanda I liqanı tərk edəcək komandanı da II liqanın 3 kollektivi əvəzləyəcək.

2025/2026-cı illər mövsümündən ənənəvi reqlament qaydasına düşəcək. Yəni çempoionatın sonunda bütün liqalarda axırıncı yeri tutan komanda yerini daha aşağı dəstədəki liderə verəcək. Bundan başqa, Premyer Liqanın 11-cisi I liqanın 2-cisi, I liqanın 9-cusu isə II liqanın 2-cisi ilə neytral meydanda pley-off oyunu keçirəcək.

Belə görünür ki, gələn mövsüm Premyer Liqada 12, I liqada 10 klub mübarizə aparacaq. Başqa ölkələrin çempionatında, adətən, aşağı liqalarda daha çox klub yarışır. II liqa ilə bağlı dəqiq söz deyilməyib. Həmişə kimi, Region Liqasının yalnız liderinə II liqada oynamaq imkanı verilsə, deməli, say 14-dən 12-yə düşəcək.

“Qəbələ” indidən Premyer Liqaya hazırlaşa bilər. Çünki bölgə təmsilçisi I liqada yarışın başa çatmasına 12 tur qalmış dördüncü pillədəki rəqibini 18 xal geridə qoyur. “Karvan”ın da şansı çoxdur. Üçüncü pillədə qərarlaşmış “İmişli” fevralın 19-da əsas rəqibi “Zaqatala”nı məğlub edərək fərqi 6 xala çatdırıb.

I liqanı “Qaradağ Lökbatan”, “Difai” (Ağsu) və “Mingəçevir” klublarından biri tərk edə bilər. II liqadan “yuxarı” Qusar “Şahdağ”ının gələcəyinə şübhə yox idi. Şimal təmsilçisi ilk dövrədəki 13 oyunun hamısında qələbə qazanıb. Bakının “Şəfa” və Xaçmazın “Şimal” klubları da I liqaya vəsiqə əldə etməyə çox yaxındır. Amma “Hypers” (Quba), “Kür-Araz” (İmişli) və “Saatlı-Araz” komandalarının adlarını da iddiaçıların siyahısından silmək olmaz.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Fevral 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri