Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Kök hüceyrə müalicəsi üçün yaş məhdudiyyəti yoxdur Nevroloqla MÜSAHİBƏ

Kök hüceyrə müalicəsi üçün yaş məhdudiyyəti yoxdur Nevroloqla MÜSAHİBƏ

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kök hüceyrə, özünü yeniləyə və müxtəlif növ hüceyrələrə çevrilə bilən bir hüceyrə növüdür. Kök hüceyrələr müxtəlif orqan və toxumalarda daha ixtisaslaşmış hüceyrələrə çevrilə bilirlər. Bu xüsusiyyətləri sayəsində kök hüceyrələr müalicə və regenerasiya (yenidən qurulma) sahələrində böyük potensiala sahibdirlər.

Kök hüceyrə nədir və onun müasir tibdə yeri ilə bağlı Leyla Medical Center daxilində fəaliyyət göstərən ReGen Kök Hüceyrə Mərkəzinin rəhbəri, nevroloq Dr. Aytən Əliyeva Modern.az saytının suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Kök hüceyrə müalicəsi nədir? 

- Kök hüceyrə müalicəsinin məqsədi, kök hüceyrələrdən istifadə edərək zədələnmiş toxumaları bərpa etməkdir. Regenerativ tibbin əsas məqsədi isə ağır və xroniki xəstəlikləri olan xəstələr üçün yeni müalicə üsullarının hazırlanmasıdır. 

Ümumi Hüceyrə Müalicəsi: Ümumi Hüceyrə Müalicəsi, təbii qocalma prosesi nəticəsində zədələnmiş hüceyrələri əvəz etmək və ya bərpa etmək üçün bioloji məhsulların istifadəsinə əsaslanan geniş bir kliniki prosedurdur.  

- Kök hüceyrə terapiyasının ən çox istifadə edildiyi xəstəliklər hansılardır, hansı xəstəliklərin müalicəsində effektivdir? 

Mezenximal və SVF hüceyrələri ən çox istifadə olunan hüceyrələrdir. Bu hüceyrələr əsasən nevroloji xəstəliklər (serebral iflic, autizm, neyropatiya, amiotrofik lateral skleroz – ALS və Parkinson xəstəliyi), oynaq xəstəlikləri, dəri cavanlaşması, xroniki yorğunluq, yumşaq toxuma zədələnməsi, ligament-bag zədəsi, migren və gərginlik baş ağrıları, diabet, xroniki işemik kardiyomiyopatiya, saç tökülməsi, sonsuzluq, erektil disfunksiya, ağciyər xəstəlikləri və autoimmün xəstəliklər (dağınıq skleroz, lupus, Crohn xəstəliyi və s.) müalicəsində effektivdir. 

- Aytən xanım, gəlin bir az Mərkəzinizdən danışaq. Hansı sahələrdə fəaliyyət göstərir, müalicə yanaşmalar və təklif etdiyi kök hüceyrə müalicələrinin üstünlükləri nələrdir?

- ReGen Baku Kök Hüceyrə Mərkəzi olaraq, biz yalnız müxtəlif xəstəlikləri müalicə etməklə kifayətlənmirik, həm də ümumi sağlamlığınızın yaxşılaşdırılması üçün çalışırıq; terapiyalarımız şikayətlərinizə uyğun olaraq, hər bir pasiyentə fərdi şəkildə tətbiq olunur, bərpa prosesini sürətləndirməyə, ağrıları azaltmağa və həyat keyfiyyətinizi artırmağa kömək edir. Mərkəzimizin üstünlükləri arasında 15 illik beynəlxalq təcrübə, bütün dünyada qəbul olunan kök hüceyrə müalicəsi, qızıl standart hesab olunan protokollar, regenerativ təbabət üzrə ixtisaslaşmış həkim komandası, yüksək xidmət keyfiyyəti və GMP laboratoriyaları mövcuddur.

- Kök hüceyrə müalicəsinin insan orqanizminə uzunmüddətli təsirləri nələrdir? 

- Mezenximal hüceyrələr müxtəlif hüceyrə növlərinə çevrilə bilən multipotent yetkin kök hüceyrələridir. Bu hüceyrələr osteoblastlar (sümük hüceyrələri), xondrositlər (qığırdaq hüceyrələri), neyroblastlar (sinir hüceyrələri) və adipositlər (yağ hüceyrələri) daxil olmaqla müxtəlif hüceyrə növlərinə diferensiallaşa bilirlər. Mezenximal hüceyrələr immunosupressiv təsir göstərir, anti-apoptotik fəaliyyət göstərir, yeni qan damarlarının yaranmasını stimullaşdırır, toxumaların bərpasına kömək edir və antibakterial təsir göstərir.

Kök hüceyrə müalicəsi ilə bağlı ən son elmi nailiyyətlərdən hansılarını qeyd edə bilərsiniz? 

Kök hüceyrə müalicəsi, insan orqanizmini yeniləyərək müalicənin effektivliyini artırır və qocalmanın qarşısını alır. Son tədqiqatlar nevroloji xəstəliklərdə (autizm, serebral iflic, Parkinson xəstəliyi) effektli nəticələr əldə olunduğunu göstərir. Hazırda xərçəng xəstəliyinin müalicəsi üzrə tədqiqatlar aparılır. 

- Müalicənin riskləri və yan təsirləri varmı? 

- Kök hüceyrə müalicəsinin riskləri və yan təsirləri yoxdur. Lakin düzgün diaqnostika və müayinələr vacibdir. 

- Hər bir insan kök hüceyrə müalicəsi üçün uyğun sayılırmı? Bu müalicə üçün hansı meyarlara cavab vermək lazımdır? 

- Kök hüceyrə müalicəsi üçün yaş məhdudiyyəti yoxdur və hər bir insan bu müalicə üçün uyğun ola bilər. 

- Kök hüceyrə müalicəsi ilə bərpa olunan orqanlar və toxumalar hansılardır? 

- ASP (Autologous Stem Cell Procedure), orqanizmdən alınan kök hüceyrələr ilə həyata keçirilən bir müalicə prosedurudur. Bu prosedur, xəstənin öz hüceyrələrindən istifadə edərək müxtəlif xəstəliklərin müalicəsi və ya bərpası məqsədilə həyata keçirilir.  Allogenik hüceyrə terapiyası, hüceyrələrin hər hansı bir insana uyğun olan "universal donordan" gəldiyi bir hüceyrə terapiyasıdır. Günümüzdə ən populyar seçimlər arasında göbək kordundan alınan allogen hüceyrələri və laboratoriyada yetişdirilən və genişlənmiş allogenik mezenximal hüceyrələri olan müalicələr var.

Allogenik hüceyrə terapiyasının üstünlüklərinə aşağıdakılar daxildir:

Nə toxuma emalı üçün bir avadanlıq almasına, nə də məhsulun xəstənin sümük iliyindən və ya yağ toxumasının aspirasiyasından əldə edildiyi otoloji müalicələr kimi bir invaziv prosedura ehtiyac yoxdur.

Normalda daha yüksək qocalma dərəcəsinə (‘qocalma) sahib olan otoloji hüceyrələrdə olduğu kimi, xəstənin yaşı ilə şərtləndirilmir. Bu, 50 yaşdan yuxarı xəstələrdə otoloji, lakin allojenik olmayan prosedurların effektivliyini azaldır ki, bu da daha aşağı terapevtik qabiliyyəti nəzərdə tutur.

- Kök hüceyrə müalicəsinin tətbiqi zamanı hansı yaş qrupuna daha çox üstünlük verilir? 

- Kök hüceyrə müalicəsi hər yaşda olan pasiyentlərə tətbiq oluna bilər, yaş məhdudiyyəti yoxdur. 

- Kök hüceyrə müalicəsi ilə bağlı qarşılaşılan ən çox yayılmış səhv fikirlər nələrdir? 

- Bəzi insanlar kök hüceyrələrin onkoloji xəstəlik yaratdığını düşünürlər, amma bu, tamamilə yanlışdır. Pasiyentlərin xəstəlik tarixçələri araşdırılaraq uyğun hüceyrə seçilir və tətbiq olunur. Kök hüceyrə müalicəsinin heç bir əlavə effekti yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Yanvar 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri