Kolleclərə ixtisas seçimində 7 mindən çox şəxs qeydiyyatdan keçib
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi 9 avqust saat 23:59-dək davam edəcək.
Bu barədə Moderator.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, xtisas seçimi mərhələsində abituriyentlər verilən tarixədək qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
7 avqust saat 09:45-ə olan məlumata əsasən 7437 abituriyent (Azərbaycan bölməsi - 7084; rus bölməsi - 353) artıq ərizəsini təsdiq edib.
Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in “Abituriyent Məsləhət Mərkəzləri”nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Milli Konservatoriya, Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri”ndə ödənişsiz kömək göstərilir.
Müsabiqədə yalnız elektron ərizəsini təsdiq etmiş şəxslər iştirak edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 07 Avqust 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















