Icma.az
close
up
RU
Menu

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

Namiq Qaraçuxurludan səmimi status FOTO

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

Villasını bu qiymətə satır Foto

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

Makron “dron divarı”na qarşı çıxdı

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

Mavi İşığ ın 600 min vergi borcu var

Səhiyyə Nazirliyi Azərbaycana qrip əleyhinə vaksinlər gətirib

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

Komitas Ruhani, yoxsa musiqi oğrusu?

Komitas Ruhani, yoxsa musiqi oğrusu?

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan və Ermənistan arasında tarix boyu baş verən mədəni qarşıdurmaların əsas mərkəzlərindən biri musiqi sahəsidir. Bu münaqişədə xüsusi diqqət çəkən şəxslərdən biri erməni ruhani və musiqiçi Komitas Vardapetdir. Onun fəaliyyəti ilə bağlı aparılan tədqiqatlar göstərir ki, Komitas bir sıra Azərbaycan xalq mahnılarını qeydə alaraq, onları "erməni xalq mahnısı" kimi təqdim etmiş, bəzi hallarda isə əsərləri təhrif etmişdir.

Ermənilər ciddi cəhdlə Komitasın azərbaycanlılara məxsus musiqi irsinə müdaxiləsini təkzib etsələr də, faktlar əksini deyir. Komitas erməni plagiatının ənənəsini qoyanların başında gələnlərdən biridir.

Əsl adı Soqomon Soqomonyan olan Komitas Vardapet erməni mənşəli musiqişünas, bəstəkar, dirijor, arxivçi və din xadimi olub. O, əsasən erməni xalq musiqisini toplayıb nota alması və bu musiqiləri Avropa musiqi estetikası çərçivəsində təqdim etməsi ilə tanınır. Komitas erməni milli musiqisinin banilərindən biri hesab edilir.

O, 26 sentyabr 1869-cu ildə Osmanlı Türkiyəsinin Kütahya bölgəsində dünyaya gəlib.

Bir yaşındaykən anası, on yaşındaykən atası ölüb. 1881-ci ilə qədər nənəsi tərəfindən böyüdülüb, həmin vaxtlarda Qərbi Azərbaycanın Üçkilsə (Eçmiədzin) şəhərindəki erməni kilsəsinin ruhani məktəbinə gedib. 1895-ci ildə oranı bitirərək keşiş olub. O, VII əsrdə yaşamış bir erməni xalq ozanı olan Katolikos Komitasın şərəfinə özünə Komitas adını götürüb. "Keşiş" anlamına gələn "Vardapet" sözünü isə ləqəb olaraq seçib.

Komitas Vardapet Eçmiədzin monastırının xorunda iştirak etdikdən sonra - 1896-cı ildə Berlinə gedərək universitetdə musişünaslıq təhsili alıb. Onun Berlindəki təhsilinin xərclərini  Bakının neft maqnatı Mantaşev ödəyib. 1899-cu ildə Komitas Eçmiədzinə qayıdaraq, orada musiqişünas kimi fəaliyyət göstərib, orkestr yaradıb.

Komitas Vardapet Eçmiədzindəki musiqişünaslıq fəaliyyəti dövründə Qərbi Azərbaycandakı (indiki Ermənistan) kənd yerlərini gəzərək 3000-ə yaxın xalq mahnısı toplayaraq nota köçürüb. Tədqiqatçılar deyirlər ki, həmin mahnıların əksəriyyəti azərbaycanlılara, bir qismi isə türklərə, kürdlərə və farslara məxsusdur. Komitas nota köçürdüyü həmin mahnılar hesabına kolleksiya yaradıb. Daha sonralar bütün bu mahnıların mənşəyi saxtalaşdırılaraq, ermənilər tərəfindən özlərininki kimi qəbul edilib. İstisna deyil ki, Komitas bu mahnıları topladığı zaman qəsdən onların mənbəyi barədə dəqiq informasiya verməyib və əksəriyyətini erməni xalqına aid etməyə çalışıb.

Komitas Vardapet 1910-cu ildə Eçmiədzinin dindarları ilə əlaqəni pozaraq İstanbula köçüb. Burada yaşadığı zaman “Qusan” xorunu yaradıb.

O dövrdə Komitasın Osmanlı türkiyəsinə xəyanət edən ermənilərlə əməkdaşlıqda olduğuna dair şübhələr yaranıb. Həmin vaxtlar – 1915-ci illərdə xeyli sayda erməni incəsənət, siyasət, din və başqa sahə adamları Osmanlı Türkiyəsinə qarşı vuruşan bölücü erməni dəstələrə geniş hərtərəfli dəstək göstərirdilər. Komitas da ermənilərin 1915-ci ilə aid etdikləri saxta soyqırımı iddiasının əsas təbliğatçılarından olub. Məhz bu səbəbdən də həbs edilərək, İstanbuldan Çanqırı bölgəsinə sürgün edilib. Lakin onu tanıyan bir sıra türk ictimai-siyasi xadimlər və xarici diplomatların xahişi nəticəsində Tələt Paşanın xüsusi əmri ilə əfv edilib və İstanbula qayıtmasına icazə verilib. Bu qayıdışdan sonra ağıl sağlığını itirən Komitas Türkiyədə çox qalmayıb və Fransaya müalicəyə aparılıb. O, həyatının son 20 ilini Parisdəki psixiatriya xəstəxanasında keçirib və 1935-ci ildə elə orada ölüb.

Tədqiqatlar Komitasın "erməni xalq musiqisi" adı altında təqdim etdiyi bir sıra mahnıların musiqi strukturu, mətn üslubu və melodik quruluşu baxımından Azərbaycan xalq mahnıları olduğunu sübut edib.

Bu mahnılar arasında ən məşhuru “Sarı gəlin”dir.

Azərbaycan Respublikası Müəllif Hüququları Agentliyinin şərhində deyilir ki, “Sarı gəlin” mahnısı həm melodik baxımdan, həm də lirik məzmununa görə Azərbaycan musiqi mədəniyyətinin incilərindən biridir. Lakin bu mahnı əvvəlcə Komitas, sonralar digər erməni musiqiçilər tərəfindən onlara məxsus mədəniyyət nümunəsi kimi təqdim edilib. Halbuki bu mahnının dili, söz tərkibi və musiqi üslubu Azərbaycan xalq musiqisinə tam uyğundur. Əlavə olaraq, “Sarı gəlin”in fars, türk və kürd dillərində də versiyaları mövcuddur, lakin bu onun ümumqafqaz mənsubiyyəti olduğu anlamına gəlmir.

Komitasın işini təkcə musiqi toplama fəaliyyəti kimi qiymətləndirmək olmaz. Onun çalışmaları həm də erməni ideoloji dairələrinin "Böyük Ermənistan" xəyalına xidmət edən mədəni ekspansiyanın bir hissəsi kimi görülür. Komitas Azərbaycan və türk musiqilərini toplayaraq, bu melodiyaları erməni xalqına aid etməyə çalışmaqla bölgədə mədəni üstünlük təsəvvürü yaratmağa cəhd göstərib.

Azərbaycan musiqişünasları tərəfindən aparılan araşdırmalar Komitasın topladığı materialların çoxunun qaynaq və mənşəyinin şübhəli olduğunu ortaya qoyur. Professor Əfrasiyab Bədəlbəyli vaxtilə Komitasın metodologiyasını tənqid etmiş və onun topladığı bəzi musiqi parçalarının məhz Azərbaycan xalqına məxsus olduğunu elmi əsaslarla sübuta yetirmişdir.

Araşdırmalara görə, Komitasın “xalq şeiri və musiqisi” kimi təqdim etdiyi bəzi mahnılar əslində Azərbaycan aşıq poeziyasına məxsusdur. Aşıq Ələsgər, Aşıq Alı kimi sənətkarların istifadə etdiyi qoşma və gəraylı formaları Komitas tərəfindən “erməni xalq ədəbiyyatı” kimi təqdim edilib.

Azərbaycan Respublikasının Müəllif Hüququları Agentliyi:

“Əslində, Komitas erməni musiqisinin banisi olmaqdan daha çox, gələcəkdə erməni plagiatının istinad nöqtəsinə çevrilib. Hələ 1925-ci ildə İrəvanda Elm və İncəsənət İnstitutu yanında xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi üzrə xüsusi bölmə yaradılıb. Bu bölməyə Komitasın şagirdi S.Məlikyan rəhbərlik edib. Həmin qurumun işi əsasən Azərbaycan xalq musiqi əsərlərinin toplanması və onları erməni folklorunun nümunələri kimi təqdim olunmasından ibarət idi”.

Komitas bu gün erməni plagiatının istinad nöqtəsidir. Hansısa Azərbaycan xalq musiqisi “qədim erməni mahnısı” adı ilə təqdim olunanda, bədnam qonşular onu Komitasın arxivindən götürdüklərini iddia edirlər.

Musiqişünas, professor Zümrüd Dadaşzadə: “Komitasın “6 rəqs havası” adlı bir toplusu var. Həmin topluda bir çox xalqın folklor nümunələri nota alınıb. Ermənilər də bəzi musiqiləri bizdən yox, həmin topludan götürdüklərini iddia edirlər...

Məsələn, Arno Babacanyanın “Vaqarşapat” rəqsi haqqında danışa bilərik. Həmin əsərdə Üzeyir Hacıbəyovun “O, olmasın, bu olsun” operettasındakı “Deyirlər ki, toy olacaq” xor parçasından istifadə olunaraq fortepiano pyesi yaradılıb. Ermənilər bildirir ki, bu musiqini guya Komitasın toplusundan götürüblər”.

Professor Kamran İmanovun araşdırmalarına əsasən, nəinki XX əsrin əvvəllərində, hətta XVII-XVIII əsrlərdə “elə bir erməni əlyazmasına rast gəlmək çətindir ki, onlarda qədim Azərbaycan mahnıları və havaları olmasın. Onların mətnlərinin çoxu Matenadaranda və Ermənistanın digər arxivlərində saxlanılır... 

Kamran İmanovun “Erməni (yad) el(li) nağılları” adlı kitabında Komitas Vardapetin plagiatlığından geniş bəhs olunub.

“Erməni xalq mahnıları və havalarının tam əksəriyyəti (90%-ə yaxın) Azərbaycan xalq mahnılarına əsaslanır. Qədim Azərbaycan nəğmələri nəinki erməni mühitində geniş istifadə edilir, nəinki toplanaraq arxivlərdə saxlanılır və imkan daxilində tərcümə olunur, həm də onlar digər folklor nümunələrimiz kimi, ermənilər tərəfindən nəşr olunur”, - deyə kitabda qeyd edilib.

Beləliklə, ermənilər bu gün də Komitasın onlar üçün müəyyən etdiyi yolla - plagiatlıq yolu ilə davam edirlər...

A.Zeynalov

Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 May 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see291

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see247

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see217

Namiq Qaraçuxurludan səmimi status FOTO

06 Oktyabr 2025 17:58see196

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see155

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

06 Oktyabr 2025 20:34see153

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see145

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see139

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see134

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see129

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see129

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

06 Oktyabr 2025 21:11see128

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see127

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see124

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see123

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see123

Mavi İşığ ın 600 min vergi borcu var

06 Oktyabr 2025 23:50see121

Səhiyyə Nazirliyi Azərbaycana qrip əleyhinə vaksinlər gətirib

06 Oktyabr 2025 11:42see120

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

07 Oktyabr 2025 02:00see119

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

07 Oktyabr 2025 02:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri