Komitə sədri Alim Qasımovu müdafiə etdi: Söyüş zad söyməyib ki...
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xalq artisti Alim Qasımovun bir neçə gün öncə toyların birində rep deməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun bu fərqli ifası sosial şəbəkələrdə çoxları tərəfindən tənqid edilib.
Milli Məclisin komitə sədri Fazil Mustafa Xalq artisti fazil Mustafanın müdafiəsinə qalxıb.
Modern.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabından paylaşım edib:
"Sevdiyimiz ustad sənətçi Alim Qasımovun videosu yayılan toyda şən və pozitiv davranışını bəyəndim. Rahat, komplekssiz, tədbirin mahiyyətinə uyğun bir sənət adamının ata biləcəyi sadə və maraqlı bir addım. Toyda mərsiyyə deməliydi, yaxud ağlamalıydı? Söyüş-zad söyməyib, yaxud təhqiredici ifadə işlətməyib ki? Öz üslubunda məclisin ovqatını yüksəltmək istəyib. Sənət adamı ütülü, standart biçimdə olmaz ki? Hələ bu adam Alim ola! Böyük istedadların ərköyünlük haqqını da nəzərə almalıyıq! Hər bir davranışın çevrəyə zərərinə, faydasına baxmalıyıq. Mədəni və mənəvi ekologiyamıza hansısa zərər vurduğunu düşünmürəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 12 İyun 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















