Komitə sədri “Çuvaşıstan Azərbaycan Dostluq Cəmiyyəti”nin sədrini qəbul edib
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Azərbaycan Respublikasının Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Çuvaşıstan–Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri, ictimai xadim Aqil Əliyev ilə görüşüb.
Görüş zamanı Aqil Əliyev Komitə sədrinə Çuvaşıstan Respublikasının iki nüfuzlu ictimai təşkilatı – Çuvaşıstan Yazıçılar İttifaqı və Ümumrespublika İctimai-Mədəni Mərkəzi adından ünvanlanmış təbrik məktublarını təqdim edib. - Təbrik məktublarında Fazil Mustafanın 60 illik yubileyi münasibətilə səmimi arzular ifadə olunub, onun Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, elm, mədəniyyət və dövlətçilik düşüncəsinin inkişafındakı xidmətlərinə vurğu edilib.
Məktublarda, həmçinin, Fazil Mustafanın ədəbi-publisistik fəaliyyəti, türk xalqları arasında mənəvi və mədəni bağların möhkəmlənməsinə verdiyi töhfələr qeyd olunub.
Komitə sədri göstərilən diqqət və təbriklər üçün minnətdarlığını bildirib, Azərbaycan ilə Çuvaşıstan arasında humanitar, ədəbi və ictimai əlaqələrin daha da genişləndirilməsinin önəmini vurğulayıb.
Görüş zamanı gələcəkdə birgə ictimai-mədəni təşəbbüslərin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. Fazil Mustafa yeni kitablarını Aqil Əliyev üçün imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 07 Noyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















