Komitə sədri ilə Türkiyənin Diyanət İşləri İdarəsinin sədri arasında görüş keçirilib
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Martın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İğdır şəhərində Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə prezidentlərinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində iki qardaş ölkə arasında çoxşaxəli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etməsi məmnunluqla vurğulanıb. Dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş dünyada sülhün, əmin-amanlığın bərpa olunmasında, bəşəriyyəti münaqişələrdən xilas etmək üçün müxtəlif dinlərin, mədəniyyətlərin, sivilizasiyaların harmoniyasına, birliyinə ciddi zərurət olduğunu bildirib. Bu baxımdan, bütün dinlərin mənsublarını birliyə, vəhdətə səsləyən, İslam həmrəyliyinə çağırış edən təşəbbüslərə ehtiyacın yarandığını vurğulayan A.Erbaş Azərbaycanın İslam həmrəyliyi ideyasını qlobal səviyyədə təşviq etməsini, dinlərarası dialoqa verdiyi töhfələri yüksək dəyərləndirib.
İki qardaş xalqın birliyinin İslam həmrəyliyinə böyük töhfə olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkəmizin ümumbəşəri ideyaların xüsusi diqqət və qayğı sərgilədiyi nümunəvi məkan statusunu qorumağa davam etdiyini bildirib. İslam dininin irəli sürdüyü bərabərlik, ədalət, insanpərvərlik və sülh ideyalarının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini vurğulayıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:İstanbul müftisi Türkiyənin Diyanət İşləri İdarəsinin sədri təyin edilib
18 Sentyabr 2025 02:28
Dövlət Komitəsinin sədri Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşüb
30 Oktyabr 2025 19:02
Roma Papası Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşdü
27 Noyabr 2025 20:15
Muxtar Babayev Türkiyənin Diyanət İşləri Başkanı ilə görüşdü
06 Noyabr 2024 15:22
Baxış sayı:105
Bu xəbər 11 Mart 2025 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















