Konor Makqreqor “son rəqsi”ni nə vaxt edəcəyini KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İyul ayında beş illik fasilədən sonra oktaqona qayıdan iki fərqli çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor son döyüşünü nə vaxt edəcəyini elan edib.
KONKRET.az xəbər verir ki, irlandiyalı döyüşçü bu barədə İnstaqram səhifəsində açıqlama yayıb.
“Əsrin döyüşü olmalı idi, amma indi bu, yenidən başlamağa çevrildi. 2027-ci il Beynəlxalq Döyüş Həftəsi. Son rəqs. Ağ-narıncı-yaşıl maşın yenidən iş başında olacaq. Gecikdiyim üçün üzr istəyirəm, amma quru buz oktaqonun örtüyünü sürüşkən etmişdi. Bu, heç-heçə oldu. Gələn il 100 faiz görüşəcəyik”.
Bu paylaşımla irlandiyalı döyüşçü növbəti çıxışının 2027-ci ildə UFC Beynəlxalq Döyüş Həftəsində keçiriləcəyini açıqlayıb.
Xatırladaq ki, Makqreqor UFC 329-da beş illik fasilədən sonra iyul ayında oktaqona qayıdıb. Lakin o, ilk raundun 69-cu saniyəsində zərbə vurmağa çalışarkən dizini ağır zədələyib və Maks Holloveyə nokautla məğlub olub. Döyüşdən sonra Makqreqor menisküsünün və ön çarpaz bağının cırıldığını açıqlayıb. UFC prezidenti Dana Uayt irlandiyalı boksçunun sağalmasının ən azı bir il çəkəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 28 İyul 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















