Konstitusiya Məhkəməsi Ombudsmanın verdiyi sorğular əsasında 25 qərar və 7 qərardad qəbul edib
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Konstitusiya Məhkəməsi Ombudsmanın verdiyi sorğular əsasında 25 qərar və 7 qərardad qəbul edib. SİA xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iyunun 18-də Bakıda keçirilən “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, qloballaşma prosesi, iqlim dəyişiklikləri, münaqişələr, süni intellekt texnologiyaları dövrünə keçid, digər müxtəlif istiqamətli transformasiyalar dünya üçün yeni çağırışlar yaradır:
"Bu gün dünyada istər siyasi, istərsə də iqtisadi cəhətdən mürəkkəb vəziyyət hökm sürür. Hazırda bir çox dünya dövlətləri mürəkkəb siyasi sınaq qarşısındadır. Lakin bütün çətinliklərə baxmayaraq, ölkəmiz gündən-günə güclənir. Müstəqillik dövründə əldə edilən ən vacib nailiyyət isə torpaqlarımızın işğaldan azad edilməsi və dövlət suverenliyinin tam bərpası oldu".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 18 İyun 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















