Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri üçün növbəti master klas keçirildi FOTOLAR

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri üçün növbəti master klas keçirildi FOTOLAR

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 25 sentyabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyi, Məhkəmə Hüquq Şurası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə jurnalistika fakültəsinin tələbələri üçün “Azərbaycan Respublikasının Konstitusiyası insan haqlarının qorunmasının etibarlı təminatçısıdır” mövzusunda master-klas təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Agentlik tərəfindən gənclər arasında maarifləndirici təşəbbüslərə xüsusi önəm verilir. O bildirib ki, tələbələr üçün keçirilən seminarlar, təlimlər və müxtəlif layihələr Konstitusiyanın mahiyyəti, insan hüquqlarının qorunması prinsipləri və konstitusion dəyərlərin ictimaiyyətə çatdırılması istiqamətində vacib rol oynayır.

Daha sonra Agentliyin Müşahidə Şurasının üzvü, BDU-nun Jurnalistika fakültəsinin dekanı  Vüqar Əliyev çıxış edərək bildirib ki, Konstitusiya yalnız hüquqi sənəd deyil, eyni zamanda dövlətçilik ideologiyasının, milli dəyərlərin və demokratik cəmiyyət quruculuğunun əsasını təşkil edir. O qeyd  edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində belə master-klasların təşkili gənclərin hüquqi biliklərinin artırılmasına, konstitusion dəyərlərin daha dərindən mənimsənilməsinə və onların vətəndaşlıq məsuliyyətinin gücləndirilməsinə mühüm töhfə verir.

Daha sonra mühazirə ilə çıxış edən Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova isə öz çıxışında Konstitusiyanın qəbul edilməsinin müasir Azərbaycan dövlətçiliyinin hüquqi təməlinin formalaşmasında həlledici rol oynadığını diqqətə çatdırıb. O bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması isə sözügedən dəyərlərin gənc nəsil arasında təbliği və hüquqi maarifləndirmənin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Sonda tələbələrin iştirakı ilə interaktiv müzakirə aparılıb, insan hüquqlarının qorunması və jurnalist fəaliyyətində hüquqi yanaşmalarla bağlı müxtəlif suallara cavab verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see210

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see203

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see192

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see175

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see143

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see138

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see137

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see137

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see133

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see133

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see131

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see130

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see128

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see126

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see125

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see124

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see123

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see123

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see121

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri