Icma.az
close
up
RU
Konstitusiyanı və qanunları pozmağa cəhd edənlər cəzalandırılmalıdır İqtisadçı

Konstitusiyanı və qanunları pozmağa cəhd edənlər cəzalandırılmalıdır İqtisadçı

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu günlərdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinq aparıb. Monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur. Qeyd olunub ki, tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.

İqtisadçı ekspert Natiq Cəfərli 525.az-a bildirib ki, Ombudsman institutunun ictimai müzakirələrə səbəb olan məsələyə operativ reaksiya verməsi və doğru nəticələrə gəlməsi çox müsbət məsələdir:

“Azərbaycan Avropada taksi qiymətlərinə görə ən ucuz ölkələrdən biri idi. Taksi xidməti yeganə sahə idi ki, son 10 ildə qiymətlər xeyli ucuzlaşmışdı. Devalvasiyalardan öncə daha baha olan taksidə gediş haqqı 2015-ci ildən, manat dəyərdən düşəndən sonra, əksinə, daha da ucuzlaşmışdı. Sonra yeni qaydalar, şərtlər irəli sürüldü. Nəticədə keyfiyyət dəyişməsə də, qiymətlər artdı. İndi də Hava Limanından şəhərə taksi xidməti ilə bağlı məsələ gündəmə gətirilib. Bildirilir ki, Hava Limanından şəhərə gəlmək üçün yalnız xüsusi taksilərdən, özü də daha baha qiymətə istifadə etmək lazım gələcək. Ümin edirəm ki, Ombudsmanın rəyindən sonra hüquq-mühafizə və əlaqədar dövlət orqanları Hava Limanının taksı xidmətini inhisara almağa, Konstitusiyanı və qanunları pozmağa cənd edənləri istintaqa cəlb edib cəzalandırmalıdır. Məmləkətdə cəzasızlıq mühiti növbəti qanunsuzluqlar doğurur”.

Sevinc QARAYEVA
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see488

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see216

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see193

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see187

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see162

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see151

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see140

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see133

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see132

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see129

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see128

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see128

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see125

Üç dövlət, üç qardaş tək ürək

09 Noyabr 2025 02:18see120

“Aynadaki yabancı” da uğursuz oldu

09 Noyabr 2025 14:17see120

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri