Icma.az
close
up
RU
Konstitusiyanın qüvvəyə minməsi Azərbaycan dövlətçiliyinin inkişafında dönüş nöqtəsi oldu

Konstitusiyanın qüvvəyə minməsi Azərbaycan dövlətçiliyinin inkişafında dönüş nöqtəsi oldu

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin müstəqilliyinin, suverenliyinin və hüquqi əsaslarının təminatçısı olan ən ali qanundur. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən bu sənəd, Azərbaycan tarixində müstəqil dövlət quruculuğunun təməlini qoymuş mühüm hadisə kimi yadda qalıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və xalq tərəfindən qəbul olunmuş Konstitusiya, demokratik, hüquqi və dünyəvi dövlət prinsiplərinə söykənən müasir Azərbaycan cəmiyyətinin hüquqi bazasını formalaşdırıb.
Azərbaycanın Konstitusiya tarixində 1995-ci ildə qəbul edilmiş bu sənəd ümumilikdə dördüncü, müstəqil dövlətimizin isə ilk Konstitusiyası olmuşdur. Onun qəbulu ilə dövlət idarəetməsində hüququn aliliyi, hakimiyyət bölgüsü prinsipləri-qanunverici, icraedici və məhkəmə hakimiyyətinin müstəqilliyi təmin olunub. Əsas Qanunumuz insan və vətəndaş hüquqlarının qorunmasını dövlətin ali vəzifəsi kimi müəyyənləşdirib. Konstitusiyanın 5 bölməsi, 12 fəsli və 158 maddəsi bütün sahələrdə-siyasi, sosial, iqtisadi və mədəni həyatın tənzimlənməsində mühüm rol oynayır.
Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə edilən əlavə və dəyişikliklər yeni dövrün tələblərinə uyğun olaraq hüquqi sistemin təkmilləşdirilməsinə yönəlib. Xüsusilə Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan son islahatlar Konstitusiyanın insan hüquq və azadlıqlarının müdafiəsi, dövlət və bələdiyyə orqanlarının məsuliyyətinin artırılması istiqamətində yeni mərhələ açıb.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılması isə hüquqi dövlət prinsipinin praktiki təminatıdır. Bu məhkəmə Konstitusiyanın aliliyini qoruyur, qanunların ona uyğunluğunu təmin edir və vətəndaşların hüquqlarının bərpasında mühüm rol oynayır.
Bu gün Konstitusiya Günü yalnız hüquqi sənədin qəbulunu deyil, həm də müstəqil dövlətçiliyimizin rəmzini təcəssüm etdirir. Xalqımız bu günü dövlət müstəqilliyinin, hüquqi sabitliyin və milli birliyin bayramı kimi qeyd edir.
Konstitusiyanın qüvvəyə minməsi Azərbaycan dövlətçiliyinin inkişafında dönüş nöqtəsi olmuşdur. Bu sənəd sayəsində Azərbaycan hüquqi və demokratik prinsiplər üzərində möhkəm şəkildə formalaşmış, dünya birliyində öz layiqli yerini tutmuşdur. Bu gün hər bir vətəndaşın borcudur ki, Konstitusiyamıza hörmətlə yanaşsın, onun prinsiplərini gündəlik həyatında rəhbər tutsun. Çünki Əsas Qanunumuz yalnız hüquqi sənəd deyil, həm də milli birliyimizin, sabitliyimizin və gələcəyə inamımızın rəmzidir.
Rəvanə Kərimova, Nəsimi rayon gənci.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:20
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Noyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see219

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see216

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see209

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri