Icma.az
close
up
RU
Köp və qaz sancısı əlehinə təbii qidalar XALQ TƏBABƏTİ

Köp və qaz sancısı əlehinə təbii qidalar XALQ TƏBABƏTİ

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Köp qarın boşluğunda qazların toplanması nəticəsində yaranır. Bağırsaq bakteriyaları tərəfindən udulan hava və qəbul edilən qidalar ilə birgə ağızdan alınan hava həm mədədə, həm də bağırsaqlarda köpün yaranmasına və nəticədə qaz sancısına səbəb olur.

Köp nəticəsində qaz sancısının yaranmasına amil olan əsas səbəblər:

Qidaya qarşı allergiya Uzun müddət hərəkətsiz qalmaq Hava udmaq İstifadə müddəti bitmiş qidalardan istifadə etmək Lifli qidaların həddindən artıq istehlakı Böyük dişləmələrdə yemək istehlakı Yeməkləri kifayət qədər çeynəmədən udmaq Bağırsaqlarda sağlamlıq problemləri Bədənin uzun müddət soyuğa məruz qalması, xüsusilə ayaq və qarın bölgəsi Çox yağlı və ədviyyatlı qidalar qəbul etmək Südün həddindən artıq istehlakı Həddindən artıq qazlı və şəkərli içkilərdən istifadə etmək Zərərli vərdişlər

Köp nəticəsində yaranan qaz sancısı üçün faydalı olan və ümumiyyətlə tövsiyə edilən təbii vəsaitlər isə bunlardır:

Zəncəfil

Zəncəfil qaz sancısını, xüsusən də qaz səbəbiylə qarında his edilən ağrıları azaldan ən təsirli bitki mənşəli reseptlər arasındadır. Ancaq zəncəfil də həddindən artıq istehlak edildikdə mədə ağrılarına səbəb ola bilər. Buna görə də ehtiyatla istifadə edilməlidir. Təzə zəncəfili soyulub sürtgəcdən keçirdikdən, və ya nazik dilimlərə kəsib çaydanda qara çay kimi dəmləyərək içdikdə qaz sancısı azalır. Zəncəfil çayı dəmlənərkən çini çaydandan istifadə etmək məsləhətdir. Dəmlənmiş çay çox gözləmədən içilməlidir. Zəncəfil çayı hazırlayarkən çaydana limon dilimləri də əlavə etmək olar.

Zirə

Bir çimdik zirə 1 stəkan qaynar suya əlavə edilir, dəmlənməsi üçün 10 dəqiqə gözlənir. Yeməklərndən sonra içilir. 1 çay qaşığı zirə südə qarışdırıb içmək də çay qədər faydalıdır.

Sirkə

Bir stəkan ilıq suya təxminən 1 xörək qaşığı alma sirkəsi əlavə edib içmək sancını azaldır.

Razyana toxumu

Bir cimdik razyana toxumu çeynəmək və ya çay kimi dəmləyib içmək qaz sancıasına faydalıdır.

Darçın

Darçın ağrı kəsici təsirinə görə qaz səbəbi ilə yaranan qarın ağrısını kəsər, mədə və bağırsaqların rahatlamasına kömək edər. Zəncəfil kimi çayını dəmləyib içmək və ya qatığa əlavə edib yemək məsləhətdir.

Darçın çayı, darçın tozundan olduğu kimi qabığından da hazırlamaq olar. Darçın qabığından çay dəmlənərkən qabıqlar suda yuyulduqdan sonra üzərinə qaynadılmış su tökülür və dəmlənməsi üçün 10 dəqiqə gözlənir. Ancaq qabıqlar suda qaynadılmamalıdır. Əks təqdirdə darçın qabığı həm vitaminini, həm də dadını itirəcək. Toz darçından çay isə 1 stəkan suya 1,5 çay qaşığı toz darçın əlavə edilərək hazırlanır. Dəmlənmiş darçınlı çayı şirinləşdirmək üçün baldan istifadə etmək olar.

Çörək soda

Qaz sancısını azaltmaq üçün bir stəkan ilıq suya 1 və ya yarım çay qaşığı Çörək soda əlavə edib qarışdırdıqdan içmək məsləhətdir.

İsti su torbası

İsti su torbasını ağrılı nahiyəyə qoyub 5 dəqiqə gözləmək faydalıdır.

Məşq

Arxa üstə uzanıb yarım oturaq hərəkətlər etmək və ya ayaqları dizdən büküb qarnına çəkərək məşq etmək ağrının azalmasına səbəb olar.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri