Koreyalıların itkiləri 3000 nəfərə çatıb “Müasir müharibə üsullarını başa düşmürlər” AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya tərəfində döyüşən Şimali Koreya hərbi birləşmələrinin itkiləri sürətlə artır.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Koreya kəşfiyyatının məlumatına görə, artıq Kursk vilayətində 300-ə yaxın Şimali Koreya əsgəri həlak olub. Şimali Koreyanın bölgədəki hərbçiləri arasında ümumi itkilər isə təxminən 3000 nəfərdir, onlardan 300-ü ölüb, 2700-ü yaralanıb.
Kəşfiyyat xidməti bu rəqəmləri “böyük itkilər” adlandırıb və bəyan edib ki, KXDR ordusu “müharibənin aparılmasının müasir üsullarını başa düşmür”.
Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Volodimir Zelenski iki koreyalı əsgərin əsir götürülməsinə dair viderogörüntülər paylaşıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 13 Yanvar 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















