“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 7 oktyabr, AZƏRTAC
Üzeyir Hacıbəylinin bütün əsərləri bizim üçün əziz və doğmadır. O, böyük bəstəkardır. Lakin “Koroğlu” operasını xüsusi qeyd etmək olar. Bu əsər yalnız Azərbaycanda deyil, bütün dünyada yaşayan azərbaycanlılar üçün tanınan və sevilən əsərlərdən biridir. “Koroğlu” ilk notundan son notuna qədər həm musiqiçilərimiz, həm də dünya azərbaycanlıları üçün böyük əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib.
O vurğulayıb ki, “Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası da bu il Azərbaycan musiqisinin dünyada təbliği baxımından çox uğurlu şəkildə təqdim olunub. Səhnə əsəri Mədəniyyət Nazirliyi və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Avstriyanın paytaxtı Vyana şəhərindəki “Akzent” Teatrında üç gün ərzində nümayiş etdirilib. Tamaşalar böyük anşlaq və yüksək maraqla qarşılandı: “Bu gözəl əsərin dünyanın başqa səhnələrində də uğurla nümayiş etdirilməsi nəzərdə tutulur. “Arşın mal alan” bundan sonra da müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətini və musiqisini layiqincə təmsil edə bilər”.
Müxbir – Gülay Nəzərova
Fotomüxbir – Səfiyar Məcnun
Baxış sayı:113
Bu xəbər 07 Oktyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















