Icma.az
close
up
RU
Körpənin ölümündə ittiham olunan ginekoloq sirləri açdı "Baş həkimi çağırdım, körpəni cihaza qoşmadı"

Körpənin ölümündə ittiham olunan ginekoloq sirləri açdı "Baş həkimi çağırdım, körpəni cihaza qoşmadı"

Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova öz instaqram hesabında uşaq ölümünə görə ittiham olunan mama-ginekoloq Könül Xudatova ilə bağlı paylaşım edib.


Medicina.az xəbər verir ki, o, həkimin məktubunu paylaşıb.

Aydın olub ki, doğuşdan sonra Saatlı RMX-nın baş həkimi Araz Usubov körpəni süni ventilyasiya aparatına qoşmayıb.


Fotoda: Araz Usubov

"Uşaq ölümünə görə ittiham olunan mama-ginekoloq Könül Xudatovanın məktubunu təqdim edirəm. Düşünürəm ki, aidiyyəti qurumlar bu vəziyyəti diqqətlə izləyəcək və ölüm hadisəsi əhatəli şəkildə araşdırılacaq.

Qəribədir ki, Azərbaycandan başqa dünyanın heç yerində xəstəni əməliyyat edən və ya doğumu həyata keçirən həkim dərhal günahkar elan edilmir, ölümün səbəbi dəqiq araşdırılmalı və reanimasiya xidməti düzgün təşkil olunmalıdır. Əksi heç kəs işini məsuliyyətlə görməz. Sonrakı məsul şəxslər “əsas həkimi cavab verəcək”, deyib xəstəyə etinasız yanaşar. Sadəcə, həkimin məktubunu oxuyun və görün, nələr baş verir.


"Tovuz RMX PHŞ-nin Ginekologiya və doğum şöbəsinin həkim mama-ginekoloqu Könül Xudatova, 2023-cü ilin sonunadək Saatlı RMX PHŞ-nin Ginekologiya və doğum şöbəsinin müdiri və həkim mama-ginekoloqu vəzifəsində işləyib. Saatlıda 12 iyul 2023-cü il tarixdə hamilənin təkrar fizioloji, yəni təbii doğuşunu qəbul etmişəm. Doğuşdan bir müddət sonra körpədə tənəffüs çatışmazlığı olmuşdur. Mən dərhal xəstəxananın direktor müavini, baş həkim, ixtisasca neonatoloq (neonatoloq – yenidoğulmuşlarda baş verə biləcək xəstəliklərin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmış həkim) olan Araz Usubovu dəvət edərək doğuşda iştirak etmiş və körpəni qəbul etmiş neonatoloq həkim İradə Hüseynovanın iştirakı ilə doğuşa yardım işinin təşkili, körpənin lazımdırsa perinatal mərkəzə təxliyyəsinin təmin olunması üçün “konsilium” təşkil etdim.


Lakin, xəstəxanada küvez və oksigenlə təchiz olunmuş yenidoğulmuşların intensiv terapiya palatası olsa da, baş həkim yenidoğulmuşda müvafiq müayinələrin aparılmasını təmin etmədən, xüsusi aparata (SPAP-a) qoşmadan, küvezə yerləşdirilmədən "doğuş zalında" 6 saat (binazal oksigen altında) saxlanıldıqdan sonra, körpənin vəziyyətinin daha da ağırlaşmasını görən baş həkim onu “tibb bacısının qucağında” Sabirabad RMX Perinatal Mərkəzinə təxliyyə etdi. Sabirabad RMX Perinatal Mərkəzində körpə ertəsi gün səhər saatlarına qədər küvezə yerləşdirilməmiş, ona heç bir diaqnostik müayinə aparılmadan yanlış "ürək qüsuru" diaqnozu qoyulmuş, süni ventilyasiya aparatına qoşulmamışdır".


Fotoda: Könül Xudatova

Aygün

Medicina.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 24 Mart 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri