Icma.az
close
up
RU
Körpənin ölümündə ittiham olunan tanınmış həkimlə bağlı QƏRAR

Körpənin ölümündə ittiham olunan tanınmış həkimlə bağlı QƏRAR

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Əmirxan Movlayevlə bağlı açılan cinayət işində yekun qərar verilib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, Göygöl Rayon Məhkəməsinin hökünə əsasən, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunan 70 yaşlı həkim 2 il müddətinə azadlqıdan məhrum edilib. Onun cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.

Əmirxan Movlayevlə bağlı cinayət işi ötən il Göygöl RMX-na 39 qızdırma ilə gətirilən üç aylıq körpənin sonradan ev şəraitində ölməsi ilə bağlı olub.

Məhkəmədə ifadə verən həkim ittihamları qəbul etməyib. Ekspert rəyi ilə razılaşmadığını bildirən pediatr qoyulan diaqnozun heç bir əlaməti olmadığını bildirib:

“Pnevmoniya diaqnozu qoyulsa da, bunu hər kəs bilir ki, bu halda uşaqda göyərmə, öskürək, ayrı əlamətlər olmalı idi. Ekspert ölüm səbəbini pnevmaniya, bağırsaqda xoralı emperit kimi göstərib, onlar necə baxır, xoralı emperit bir günə bunu edə bilərdi? Ekspert diaqnozunda peritanit yazıb, bu isə ayıbdır. Heç olmasa insanda məntiqi düşüncə olar. Ekspert deyir ki, ekspertizanı tək keçirib, axı bu bir nəfərin işi deyil və yarım saat ərzində bunları etməsi mümkün olmaz. Maraqlıdır, hər üç rəydə yazılıb ki, təqsirləndirilən şəxs xəstəni müayinə edib, klinik diaqnoz təyin edib və digər yardımları göstərib. Sonra da valideyinlərinə xəstəxanada qalmalarını təklif edib, ancaq onlar uşağın vəziyyəti yaxşı olması ilə əlaqədər qalmaqdan imtina ediblər. Bu, xəstələrin qəbul kitabında da qeyd olunub. Başa düşə bilmirəm, deyirlər, xəstəxanada qalmayıblar, bəs nə üçün ittiham olunuram? Nə dərəcədə məntiqə uyğundur ki, uşağı yoxlamışam, qarınının yumşaq olmasını və ciyərlərində sərt tənəffüs eşidilməsini görmüşəm. Ekspert rəyində qeyd olunan xəstəliklər olsa idi, uşağın üzündə, dodaqlarına baxanda bunu müəyyən edərdim. Ekspert rəyi tamamilə başdan-ayağa qərəzlidir”.

Məhkəmədə körpənin anası Türkan Məmmədova (soyad şərti) bildirib ki, Əmirxan həkim müayinə zamanı tibb bacısına uşağa iynə vurulmasını tapşırıb, sonra hərtərəfli uşağı yoxlamağa başlayıb və yarım saat – 1 saat gözləmələrini, uşağın qızdırmasının düşəcəyini deyib:

“Yarım saat sonra uşağın qızdırması düşdü. Həkim “qalmaq isdəyirsizmi” deyə soruşdu, biz də dedi ki, gedirik evə, nəsə olsa, yenidən gələrik. Həkim dərmanlar yazdı, evə gəlib dərmanı verdikdən sonra uşaq qaytarmağa başladı, körpənin vəziyyəti pisləşdi və yenidən xəstəxanaya yollandıq. Əmirxan həkim amoxilin və siafen dərmanları yazmışdı. Dedi ki, bu dərmanlar antibiotik tərkiblidir. Əmirxan həkim bir gün xəstəxanada qalmağı təklif etdi, amma qızdırması düşdüyü üçün evə getməyə qərar verdik”.

Ananın sözlərinə görə, 4 iyun 2024-cü il tarixə qədər uşağın hər hansı ciddi problem olmayıb:

“Uşağın qızdırması 37 olduqda heç bir şey etmədim, körpə bir gün elə qaldı. İlk gündən Əmirxan həkimdən şikayətçi deyiləm, gələcəkdə də olmayacam”.

Qeyd edək ki, Əmirxan Mövlayev 1973-1979-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1980-1987-ci illərdə Xanlar Mərkəzi Rayon Uşaq xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1987-2023-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-pediatr vəzifəsində işləyib. 2023-cü ildən tibb müəssisəsinin Uşaq şöbəsinin müdiri vəzifəsində çalışır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Dekabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri