Icma.az
close
up
RU
“Körpüləri yandırmır, amma silkələyir”: Paşinyanın Rusiya taktikası TƏHLİL

“Körpüləri yandırmır, amma silkələyir”: Paşinyanın Rusiya taktikası TƏHLİL

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paşinyanın KTMT ilə bağlı fikirləri daha çox daxili siyasi hesablamalara, seçki öncəsi mövqelərin möhkəmləndirilməsinə yönəlmiş taktiki gedişdir

2022-ci ildən əvvəl də silah-sursat almaq üçün müraciət edirdik, hamıya müraciət edirdik, amma bizi çox nəzakətlə rədd edirdilər. Deyirdilər ki, sizə silah satmaqdan imtina edirik, çünki əmin deyilik ki, bu silahları beynəlxalq səviyyədə tanınmış ərazinizdə yerləşdirəcəksiniz. Hətta şübhələri vardı ki, bu vasitələr beynəlxalq səviyyədə tanınmış ərazimizdən kənarda (Qarabağda – red.) istifadə oluna bilər”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, 2022-ci ildə Praqada Ermənistan və Azərbaycanın Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı təsbit edildikdən sonra müdafiə təyinatlı silahların beynəlxalq bazarı bizim üçün açıldı. Çünki biz bəyan etdik ki, Ermənistan ordusu öz suveren ərazisindən kənarda istifadə olunmayacaq”.

Paşinyan vurğulayıb ki, burada ikinci mühüm nüans KTMT ilə bağlıdır:

“KTMT-də iştirakımız bu beynəlxalq bazara çıxış üçün çox ciddi maneə idi. Amma 2022-ci ildə elə bir vəziyyət yaranmışdı ki, hətta (Rusiyaya) 100 milyon dollar məbləğində ödənişlər etmişdik və bunun müqabilində texnika və silah-sursat almalı idik, amma bəzən nəzakətlə, bəzən isə o qədər də nəzakətli olmayan şəkildə bu tədarüklər həyata keçirilmirdi.

Məhz bu da KTMT-də üzvlüyümüzü dondurmağımızın səbəblərindən biri oldu”.

Siyasi ekspert Asif Nərimanlı Sherg.az-a açıqlamasında Paşinyanın KTMT ilə bağlı mövqeyinin həm taktiki, həm də strateji xarakter daşıdığını bildirib. Onun sözlərinə göə, Paşinyanın anti-Rusiya ritorikası situativ emosional yanaşma deyil, son illərdə ardıcıl şəkildə formalaşdırılan siyasi xəttin tərkib hissəsidir: “O, Rusiyadan tam qopmağın Ermənistan üçün ağır nəticələr doğura biləcəyini anlayır və buna görə də “tam körpüləri yandırmaq” strategiyasından qaçır. Bunun əvəzində Paşinyan balanslaşdırılmış, lakin açıq şəkildə Qərbə meylli siyasət yürüdür. Bir tərəfdən Moskvanı tənqid edir, digər tərəfdən Rusiya ilə iqtisadi, hərbi və təhlükəsizlik kanallarını tam bağlamır. KTMT məsələsi bu siyasətdə Paşinyan üçün ən əlverişli arqumentdir. 2023-cü ildə Azərbaycan–Ermənistan sərhədində baş verən qarşıdurmalarda Ermənistanın KTMT-dən gözlədiyi dəstəyi almaması Paşinyana həm daxili auditoriya, həm də Qərb üçün “Rusiya bizi tək qoydu” narrativini gücləndirmək imkanı verdi. Halbuki bu toqquşmaların təxribat xarakteri və beynəlxalq hüquqi statusu KTMT-nin müdaxiləsini sual altına alırdı. Paşinyan isə bu incə detalları qabartmadan məsuliyyəti tam şəkildə Rusiyanın və KTMT-nin üzərinə yönəltdi. Silah tədarükü məsələsinin daim gündəmdə saxlanılması da eyni məqsədə xidmət edir. Paşinyan bununla Rusiyanın “etibarsız tərəfdaş” obrazını formalaşdırmağa çalışır və alternativ təhlükəsizlik tərəfdaşlarına , yəni qərbə yaxınlaşmanı əsaslandırır. Bu yanaşma eyni zamanda Ermənistan cəmiyyətində Rusiyaya qarşı skeptisizmi artırmaq üçün də istifadə olunur”.

Politoloqun sözlərinə görə, Paşinyanın bu mövzuları məhz indi yenidən gündəmə gətirməsi daxili siyasi gündəmlə birbaşa bağlıdır: “2026-cı il parlament seçkiləri yaxınlaşdıqca, hakimiyyət üçün əsas risk Rusiyayönümlü müxalif qüvvələrin konsolidasiyasıdır. KTMT və Rusiya mövzusu Paşinyan üçün bu qüvvələri “köhnə sistemin qalığı” və “Ermənistanı asılı vəziyyətdə saxlayan siyasi xəttin daşıyıcıları” kimi təqdim etmək baxımından effektiv alətdir.

Eyni zamanda bu ritorika Moskvaya açıq mesaj xarakteri daşıyır: Paşinyan göstərir ki, Rusiya daxili siyasi proseslərə müdaxilə edərsə və ya müxalifəti açıq şəkildə dəstəkləyərsə, İrəvan anti-Rusiya kursunu daha da sərtləşdirə bilər. Lakin bu, hələlik təzyiq və manevr elementidir, kəskin geosiyasi dönüş deyil. Paşinyanın KTMT ilə bağlı fikirlərinin yenidən səsləndirilməsi Ermənistanın Rusiya siyasətində radikal dəyişiklik anlamına gəlmir. Bu daha çox daxili siyasi hesablamalara, seçki öncəsi mövqelərin möhkəmləndirilməsinə və Moskva ilə münasibətlərdə rıçaqların qorunmasına yönəlmiş taktiki gedişdir. Ermənistan hələlik Rusiya orbitindən tam çıxmağa nə hazırdır, nə də buna imkan verən resurslara malikdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Yanvar 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri