Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici buklet hazırlanıb
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın "Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə" bəndinin icrası məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən “Korrupsiyaya yox deyək! Şəffaf turizm - güvənli gələcək” adlı maarifləndirici buklet hazırlanıb.
Bukletdə korrupsiya anlayışı, onun əsas formaları, turizm sahəsində yarada biləcəyi risklər, qanunvericilikdə nəzərdə tutulan cinayət məsuliyyəti və vətəndaşların hüquqlarını necə qoruya bilməsi barədə məlumat verilir.
XQ xəbər verir ki, materialda rüşvət alma və vermənin eyni dərəcədə məsuliyyət yaratdığı vurğulanır, turistlərə yalnız rəsmi qeydiyyatda olan turizm şirkətlərinə müraciət etmək, yazılı müqavilə və qəbz tələb etmək, ödənişləri rəsmi yollarla həyata keçirmək tövsiyə olunur.
Həmçinin diqqətə çatdırılır ki, korrupsiya ilə bağlı şübhəli hallarla rastlaşdıqda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli qaynar xəttinə müraciət etmək mümkündür.
https://tourism.gov.az/uploads/documents/bukletl%C9%99r_2025/sta_korrupsiyaya_yox_deyek.pdf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 21 Yanvar 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















