Icma.az
close
up
RU
KQB arxivlərinin açılması mümkün ola bilər AÇIQLAMA

KQB arxivlərinin açılması mümkün ola bilər AÇIQLAMA

Icma.az, Pravda.az saytına istinadən bildirir.

“Demokratik cəmiyyətin əsas xüsusiyyətlərindən biri cəmiyyətdəki bütün münasibətlərin şəffaf olmasıdır. Demokratik cəmiyyət haqqında danışanda həm də həmişə "hüquqi dövlət" ifadəsi işlədirik. Burada isə hüquq şəffaflıq üçün müəyyən kriteriyalar təşkil edə bilər. Söhbət əgər Dövlət Təhlükəsizliyi Xidmətinin, yaxud KQB-nin arxivlərinin açılmasından gedirsə, burada xüsusi qriflənmiş və kateqoriyalandırılmış sənədlər toplusu mövcuddur. Hər hansı sənədin məxfiliyi nə qədərdir, nə dərəcədə əhəmiyyətlidir, hansı dərəcədədir, məxfilik müddəti nə qədərdir? Arxiv sənədinin dövlət sirri təşkil etməyən, sadəcə, demokratiyaya və hüquqa, ictimai maarifləndirməyə xidmət edən tərəfləri varsa, əlbəttə ki, onun açıqlanması, məxfilik qrifinin üstündən qaldırılmasının vaxtı çatıbsa, açılması mümkündür. Yox, əgər açılan, məxfilik qriflərindən götürülən sənəd ictimai münasibətlərdə qarşıdurma, dövlət təhlükəsizliyi ilə bağlı təhdidlər yaradacaqsa, belə sənədlərin açılması mümkün deyil. Bu, ictimai faydalılıq baxımından da cəmiyyətin leyhinə olmur. Buna görə də arxiv sənədlərinin açılması ilə bağlı xüsusi qurumlar qərar verməlidirlər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə xidmətinin üzvü Hikmət Babaoğlu deyib.

“Əlbəttə, Azərbaycan dövlətinin müstəqilliyi ərəfəsində, müstəqil dövlətimizin formalaşdığı dövrdə çoxsaylı qüvvələr çoxşaxəli fəaliyyətlə məşğul olublar. Məsələn, 1990-cı illərin əvvəllərində - müstəqilliyimizin ilk illərində hansı qüvvələrin kimlər tərəfindən idarə olunması, xüsusən, hazırkı radikal müxalifətin o vaxt kimə xidmət etməsi sualı bu gün də ictimai rəyi düşündürür. Onların eyni mərkəzlərə - Azərbaycanın müstəqilliyini istəməyən mərkəzlərə xidmət etdiyi sualı bu gün də aktualdır. Düşünürəm ki, xüsusi ictimai sifariş olarsa, torpaqlarımızın işğalına səbəbiyyət verən, 30 il Azərbaycan ərazilərinin işğal altında qalmasına məhkumiyyət yaradan, ictimai rəydə kimlər tərəfindən idarə olunması o qədər də şübhə doğurmayan çevrilişlərə cəhd göstərən radikal müxalifətin əlaqələrinin ifşa olunması çox yaxşı olardı. Bu, nəticə etibarilə sadəcə 25-30 il əvvəlki hadisənin ifşası olmayacaq. Bu gün hələ də Azərbaycan dövlətçiliyinin təməllərinə zərbə vurmağa çalışan, qələbəmizi həzm etməyən, tarixi zəfərimizə sevinməyənlər elə həmin qüvvələrdir, onların bir qismidir. Buna görə də ifşa olunmaları Azərbaycan dövlətini daha da güclü edə bilər. Bu mənada KQB arxivlərinin açılması mümkün ola bilər”, - deputat bildirib.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Fevral 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see182

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

03 İyun 2025 13:18see115

“HÖRÜMÇƏK TORU”na GÖRƏ KİMLƏRİN “KƏLLƏSİ” GEDƏCƏK? Solovyov onun güllələnməsini tələb edir + VİDEO

03 İyun 2025 13:01see114

Gürcü nazir müavini: “Yaşıl Enerji Dəhlizi” ambisiyalı layihədir

03 İyun 2025 13:22see114

Biləcəridə şəhid adına olan küçənin təmiri yekunlaşır VİDEO

03 İyun 2025 15:14see114

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see113

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Dilçilik İnstitutunda Xalq şairi Sabir Rüstəmxanlının əsərlərinin konkordansı hazırlanıb

03 İyun 2025 12:42see112

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Fənərbağça da Mario Brankonu kim əvəz edəcək?

03 İyun 2025 13:02see111

TÜRKSOY un tədbirlərində azərbaycanlı alimin məruzələri dinlənilib

03 İyun 2025 13:16see111

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

Kılıçdaroğlu CHP sədrliyinə dönmək üçün hazırlıqlara başladı

03 İyun 2025 15:21see111

Təhsil müəssisələrində “İnsan hüquqları aylığı”

03 İyun 2025 12:39see111

“Ukraynaya hücumlarda dəstək olan konkret ölkələr var”

03 İyun 2025 13:11see111

bp: “Şəfəq” GES də istehsal olunan elektrik enerjisi Qarabağın inkişafına töhfə verəcək

03 İyun 2025 13:16see111

Yaxın gələcəkdə üçtərəfli danışıqlar olmayacaq

03 İyun 2025 15:47see110

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see110

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri