Kredit kartları üzrə xərcləmələr artdı SƏBƏB
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Milli ödəniş sistemlərinin təkminləşdirilməsi mobil bankçılıq xidmətlərinin inkişaf etməsi plastik kartlardan istifadəni sürətləndirib. Ötən ilin statistikasına görə, Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatlar 7 milyard 890 milyon manat təşkil edir. Bu göstərici 2023-cü illə müqayisədə 40.7 faiz çoxdur.
Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, son dövrlərdə verilən kəşbeklər debit kartlardan daha çox olur. Burda hər hansı qanun pozuntusu yoxdur. Banklar maraqlıdır ki, insanlar ödənişləri kartla eləsinlər.
"Artımın digər səbəblərindən biri bonus və hissəli ödəniş imkanlarının genişləndirilməsidir. Hissəli ödəniş artıq popularlaşması və bu zaman məbləğin insanların gözünə az görülməsidir. Bu da kredit kartlarından istifadəni artırır".
Ekspert qeyd edib ki, bəzən insanlar kredit götürəndə limiti görmürlər, bu zaman da ömürlərinin sonuna kimi kredit ödəməyə məhkum olurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 14 Fevral 2025 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















